AktualAktualArxivIslammədəniyyattahlil va magaleXəbər lentiXəbərlər

Təl-Əvivin iqtisadi hiyləsi və İrəvanın uduzması

Ermənistan siyasətçiləri bildiriblər ki, sionist rejimlə münasibətlərin artması İranla əlaqələrdə problem yaratmayacaq.

Qafqaz Həqiqətləri xəbər verir ki, sionist rejimi son bir neçə ildə Cənubi Qafqaz, xüsusilə də Ermənistana qarşı xarici siyasətində strateji dəyişiklik etmək ardıncadır. Erməniləri bu məsələdə qıcıqlandırmaq məqsədilə Ermənistanın daxili böhran və beynəlxalq problemlərdən qurtuluşunun həll yolunu Təl-Əvivlə münasibətlərin, xüsusilə də iqtisadi əlaqələrin genişlənməsində tərif etməyə səy göstərirlər.

Ermənistan siyasətçilərinin zehnində belə bir fikir yaradıblar ki, sionist rejimin Cənubi Qafqaz məntəqəsinə yeni yanaşmasını qənimət bilmək lazımdır, sionist rejiminə yaxınlaşmaqla və onunla münasibətləri artırmaqla öz hərbi və təhlükəsizlik sisteminin səviyyəsini genişləndirmək olar, beləliklə, Qarabağ məsələsində uğur qazanmaq mümkündür, habelə, dünyaya belə göstərmək olar ki, guya təkcə Ermənistan sionist rejimlə münasibətlərini genişləndirməyə müştaqdır. Həmçinin sionist rejimi Qafqazda yerləşən digər ölkələri də bu kimi məsələlərdə Ermənistanla rəqabətə təhrik edir.

Burada sionist rejiminin Cənubi Qafqazda xarici siyasətinin strateji dəyişikliyinin həqiqi mahiyyətinə diqqət edək:

2017-ci ildə sionist rejimin strateji araşdırmalar mərkəzlərindən biri “İsrailin” Cənubi Qafqazda yeni yanaşması adlı bir məqalə nəşr etdi. Bu məqalədə sionist rejimin o vaxtkı naziri Tasahi Hangby bu rejimin Ermənistanla regional əməkdaşlığını ikitərəfli münasibətlərin dəyişilməsində mühüm addım adlandırdı.

Hangby təhlükəsizlik eliti hesab olunur və müxtəlif sahələrdə, xüsusilə də nüvə fəaliyyətləri sahəsində çoxlu təcrübəsi vardır. Lakin onun Ermənistana səfəri və bu ölkə ilə 3 mühüm sənəd imzalaması, İsrail-Ermənistan ticarət palatasının yaranmasına hazırlıq idi. Yəni Ermənistan siyasətçilərinin sionist rejimi səmtinə təmüyülü və sionistləri xilaskar kimi görmələri ticarət palatasının təşkil olduğu vaxtdan başladı və Hangbyin səfəri bu layihəni təkmilləşdirdi.

İsrail-Ermənistan ticarət palatası təbliğat addımı sayılırdı və İrəvanın bir sıra siyasətçilərinin gözünü həqiqətə qapamaq xarakteri daşıyırdı. Üstəlik, bu vasitə ilə yəhudi lobbisi Ermənistanın müxtəlif strukturlarına nüfuz edirdi və sionist rejiminin bu ölkədə strateji məqsədlərinin həyata keçməsi üçün şərait yaradırdı.

Sözügedən ticarət palatasının fəaliyyəti çox zəifdir və iqtisadi-ticarət münasibətlərini öhdəsinə aldığı vaxtdan İrəvan və Təl-Əviv arasında ticarət mübadiləsi tənəzzülə doğru getmişdir. Bugün onun yaranmasından 5 ilə yaxın ötdüyü bir vaxtda hələ də əyri cədvəldə 2014-cü ilin nöqtəsi üzərində dayanmışdır. Belə ki, bu məsələ hətta, İsrail-Ermənistan parlamentlərarası dostluq qrupu vasitəsilə həyata keçsəydi daha uğurlu nəticələr əldə edilərdi.

Ermənistanı iqtisadi böhrandan çıxarmaq sionist rejiminin prioriteti olsaydı, bu rejimin İrəvandakı səfiri Eliyahu Yeruşalmini öz vəzifəsində saxlayardı. Çünki o, imzalanmış iqtisadi müqavilələrin icrası üçün ürək yandıran və bu istiqamətdə təlaş göstərən tək sionist idi. Lakin indi Eliav Beloçerkovskiy bu postda təkcə diplomatik söhbətlər etmək və gözəl ifadələr işlətməklə məşğuldur. Sionist rejimi ilə müqavilə və razılaşmaların üzərindən artıq 3 il ötüb. Qısası, sionist rejimi təkcə öz məqsəd və maraqlarına xidmət edən iqtisadi, hərbi və texnologiya sahələrində verdiyi vədələrə əməl edir. Məsələn, yalnız Rusiya ilə ticarət əlaqələri həyata keçirən sionist şirkətlər Ermənistanda fəaliyyət göstərə bilərlər. Çünki Ermənistan “Avrasiya Azad Ticarət Müqaviləsi”nin üzvü sayılır və bu, sionist rejiminin xeyrinədir. Habelə, sənaye mərkəzlərinin genişlənməsi və texnologiya transferi təkcə Qarabağ məntəqəsində baş tuta bilər. Çünki sionist rejimi qondarma Qarabağ Respublikasına təhlükəsizlik və strateji yanaşmadan baxır və onun xəlvət həyatından İran İslam Respublikası əleyhinə istifadə edə biləcək. Bundan əlavə, Qarabağın təbii mədən və mənbələrinə tamah gözü dikib.

Sionist rejimin Qarabağ regionunda hüzur və fəaliyyəti Cənubi Qafqazda əmin-amanlığı və sabitliyi pozacaq. Çünki Qafqazın şiələri və islamçıları əksərən azərilərdir və onlar Qarabağ məsələsinə çox həssasdır. Digər tərəfdən sinost rejimini Fələstin ərazilərinin qəsbkarı və İslam dünyasının bir nömrəli düşməni bilirlər. Bu iki məsələnin inteqrasiyası Qüdsü işğal edən sionist rejimi üçün baha başa gələ bilər və bunun mümkün pis nəticələri Ermənistanın da yaxasından yapışacaq.

Digər tərəfdən İslam Respublikası təkcə regional oyunçu kimi deyil, beynəlxalq güc çərçivəsində sionist rejiminin regionda münasibətlərinin artmasına laqeyd qala bilməz.

Ermənistan siyasətçiləri bildiriblər ki, sionist rejimlə münasibətlərin artması İranla əlaqələrdə problem yaratmayacaq. Buna cavab olaraq deməliyik:

Sionist rejimin Beytül-Müqəddəsdə səfirlik açılması kimi münasibətlərinin artmasına İranın açıq-aşkar etirazı sionist rejiminin təhdidlərinin artmasına görə deyildir. Çünki İran İslam Respublikası 40 ildən artıqdır ki, öz düşmənlərinin məkrli planlarını zərərsizləşdirməkdə ad qazanıb. Bu etiraz İslam İnqilabının dünyagörüşündə və milli təhlükəsizlik doktrinasındakı kökə qayıdır və o da bundan ibarətdir ki, İslam İnqilabı sionist rejimini yer kürəsində müxtəlif cəmiyyətləri məhv etmək ardınca olan mütləq şər kimi görür. Halbuki, cəmiyyətlər sionist rejimi ilə münasibətlərin uzunmüddətli zərərlərindən xəbərsizdir. İslam İnqilabının bu ideologiya və dünyagörüşünə əsasən, millət və dinindən asılı olmayaraq bütün insanlar sionist rejiminin işğalçılığından amanda qalmalıdır.

Ermənistan rəsmiləri bu qərarlarına yenidən baxmalı, dünyada baş verən hadisələrə diqqət etməklə düşünməli, beynəlxalq sionismin dəstəklədiyi imperializmin dağılmaq üzrə olduğunu görməli, digər ölkələrin acı təcrübələrində ibrət almalı, daxili güc və potensiallarına arxalanmaqla öz problemlərini həll etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button