AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tələbələrin İslam Cəmiyyətinin Şimal-Qərb Ofislərinin Azərbaycan Respublikasında şiə alimlərinin işgəncə olunması ilə bağlı Bəyanatı

 

Tələbələrin İslam Cəmiyyətinin Şimal-Qərb ofisləri: Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasında şiə alimlərinə qarşı işgəncələrin qarşısını alsın.

Qafqaz Həqiqətləri xəbər verir ki, Tələbələrin İslam Cəmiyyətinin Şimal-Qərb ofisləri Azərbaycan Respublikasında müqəddəslərin təhqir edilməsini pisləyərək bildirib: “Xarici İşlər Nazirliyini Azərbaycan Respublikasındakı islamçı rəhbərlərə və şiə alimlərinə daha fəal dəstək verməyə çağırırıq.”

Bəyanatın mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Dini müqəddəsləri və dəyərləri təhqir etmək hər bir mədəniyyətdə və ümmətdə çirkin və qınanmış əməl sayılır. O dərəcədə ki, hətta İslam dinində də Qurani-kərim bu haqda açıq-aydın buyurur:

وَلاَ تَسُبُّواْ الَّذِینَ یَدْعُونَ مِن دُونِ اللّهِ فَیَسُبُّواْ اللّهَ عَدْوًا بِغَیْرِ عِلْمٍ

“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.”

Azərbaycan Respublikasında son bir neçə gündə baş verən hadisələrin ardınca bir daha bu ölkə polisinin xalqın islami və şiələrə aid müqəddəslərinə, Uca Yaradana qarşı təhqiramiz hərəkətinin şahidi olduq. Bunun ardınca Azərbaycan Müsəlmanlar Birliyi Hərəkatının həbsdə olan sədri Hacı Tale Bağırzadə aclıq aksiyasına başladı.

Hazırda onun aclıq aksiyasına başlamasından 10 gündən çox keçir. Bu mücahid və şərəfli ruhaniyə, habelə Hacı Mövsüm Səmədov da daxil olmaqla digər dindar və elmi şəxsiyyətlərə qarşı işgəncələr davam etməkdədir. Amma bugün ifadə azadlığı iddiası ilə çıxış edən mediaların ağır və xiffətli sükutunu, dünyanın təmtəraqlı və təbii ki, siyasi qurumlarının insan haqlarına məhəl qoymadıqlarını görürük.

Şimal-Qərb Universitetlərinin Tələbələrin İslam Cəmiyyətinin ofisləri Azərbaycan polisinin bu çirkin əməllərini pisləyir, Azərbaycan hökumətinə öz sələflərinin tarixini öyrənməyi və keçmiş sovet kommunist dövləti kimi dini repressiv dövlətlərin tarixindən dərs almağı tövsiyə edir, xeyirxahlıq və nəsihət üzündən onları Allaha qarşı əbəs müharibəyə son qoymağa çağırır. Çünki Qurani-kərimin buyurduğu kimi:

یُرِیدُونَ أَنْ یُطْفِؤُا نُورَ اللَّهِ بِأَفْواهِهِمْ وَ یَأْبَى اللَّهُ إِلَّا أَنْ یُتِمَّ نُورَهُ وَ لَوْ کَرِهَ الْکافِرُونَ

“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.”

Ona görə də Allaha qarşı müharibəyə qalxmağın məğlubiyyət və zillətdən başqa aqibəti yoxdur.

Həmçinin xatırladır ki, Azərbaycan hökuməti Qarabağın azadlığı uğrundakı müharibə günlərini nəzərdən keçirsin. Belə ki, müharibə və ölkənin ağır günlərində “Ya Hüseyn” şüarı ilə Qarabağ torpaqlarının azad edilməsi uğrunda dini kəsimin və şiələrin, xüsusilə də dindar azəri gənclərinin rolunu daha yaxşı anlasın.

Sonda, azərbaycanlı müsəlman qardaş və bacılarına dəstək, ürəkdən sevgi və sədaqət ifadə edərək, bu cür təhqiramiz hərəkətlərə qarşı həssas olmaq zərurətini çatdırır, Azərbaycan Respublikasının hökumət orqanlarına din xadimlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını bildirir, bu vəziyyətin nəticələrinə görə məsuliyyəti Azərbaycan hökumətinin daşıdığını vurğulayır.

Habelə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyini Azərbaycan Respublikasındakı islamçı rəhbərlərə və şiə alimlərinə dəstək verməkdə, bu din xadimlərinin və Əhli-beyt (ə) aşiqlərinin bundan artıq sıxıntı və işgəncələrə məruz qalmalarının qarşısını almaqda daha fəal olmağa çağırırıq.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button