ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tələbə Güc Mərkəzi Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirib

Mayın 5-də Tələbə Güc Mərkəzi təşkilatı Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar “Çayxana deyilsiz, fəaliyyət göstərin!” plakatı qaldıraraq təhsildəki problemlərin həll edilməsini tələb edib.

Aksiya iştirakçıları, həmçinin məktəblərdə ana dilində təhsil və universitetlərdə rektorun seçki yolu ilə təyin edilməsini, rüşvət halları olan universitetlərin rəhbərlərinin məsuliyyətə cəlb etməsini tələb edib.

İştirakçılardan biri deyib ki, problemlərlə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etsələr də, heç bir addım atılmayıb.

Aksiya iştirakçıları Təhsil Nazirliyinə qəbula dəvət edilib.

Aksiyanın bəyanatında deyilir ki, Azərbaycan universitetlərində və təhsil sistemində despotiya hökm sürür.

“Təhsil Nazirliyi və dövlətdən tələb edirik: dövlət universitetlərində pulsuz təhsil təmin olunsun, eyni zamanda təhsilin keyfiyyəti artırılsın, tələbələrin problemləri həll edilsin, tələbələrin iqtisadi problemlərini nəzərə alaraq yaşam təqaüdü tətbiq edilsin, yataqxana problemi həll edilsin, universitetlərdə bulldinq və diskriminasiya halları şəffaf şəkildə araşdırılsın, tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və oriyentasiyasına görə ayrı-seçkiliyə son qoyulsun,” sənəddə qeyd edilir.

Təhsil Nazirliyi etirazçıların tələblərinə hələ münasibət bildirməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button