ArxivFilm​IslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təhqirdirsə təhqir, tərifdirsə tərif bilin Cümşüd bəy!.film

Bəzən yaxşı görünmək, dəyərli fiqur olmaq, sədaqət barıtının artıq dozası insanı yaltaqdan da aşağı endirir. Belə hallar heç bir ölkə və heç bir rejim üçün qeyri-adi qəbul olunmur. Çox zaman da belə addımlar öz vəzifə göstəricilərinə görə heç bir naliyyət əldə etməyən və yerini itirəcək məmurların fobiyalarından doğur ki, bu da səhvin əsasına zəmin olur. Yetərincə belə göstəriciləri ilə gündəmə gələn məmurlarımız olub və təəssüf ki, sabah da olacağı şübhəsizdir. Bu gün onlardan biri haqqında, daha doğrusu normasız yaltaqlıq sərgiləməklə öz yerini möhkəmlədib sədaqət nümayiş etdirməyə çalışan bir şəxs haqqında danışmaq istədik. Onun fəaliyyəti, təyinatı, müdafiə etdiyi tərəfləri, gəlirləri, siyasi düşüncə tərzi, ideoloji baxışı və sairlər haqqında çox söhbət açmaq olar. Birinci Qarabağ savaşında hansı döyüş bölgəsində döyüşməsi, ikinci Qarabağ savaşında ailə üzvlərinin, yaxınlarının vətənpərvər addımları da özü geniş mövzudur və buna qayıtmaq da olar. Lakin bu gün aktuallıq gətirən fikir sadəcə onun inanclı qadınlara, çadralılara ünvanladığı bir cümləsidir. Elə buna Cümşüdvari də cavab verməyi özümüzə borc bildik.

Cümşüd Nuriyev qara çadralıları qara qarğaya bənzədib. Bunu o ironiya və ya nifrət səbəbindən, kimlərəsə xoş gəlmək kimi siyasi addımlar atdığını araşdırmadan bəyə deyirik:
Qarğa quşlar sülaləsinə aiddir və yəqin ki, sizin qadınları belə adlandırmağınız təhqir xarakterli deyil. Əgər onların örtüyünə təhqir kimi yanaşırsınızsa, unutmayın, siz və ailənizin Bakıda qorxu və həyəcanla nəfəs almağa qorxduğunuz zaman həmin çadralıların oğulları sizin namusunuzu qoruyub. Heç olmasa namus müdafiəçilərinizə hörmətsiz yanaşmayın. Bilirik, yaxşı biliri ki, siz ilahi hökmün, ismətin mahiyyətini anlamadığınız üçün,sizə bunun ilahi tələb olduğunu söyləmək mənasız olduğuna görə bu tərəfə heç toxunmuruq da.
Qarğaya bənzətdiyiniz analar sizin bu gün ağız dolusu danışdığınız qələbənin zaminləridir. Onu görə də barıtı qoyanda təkcə yaxşı görünmək istədiyiniz tərəfə o istiqamətdən yox, quşxananın açıq qalan qapısını kilidləmək istəyən qəzəbli tərəf kimi də baxmanız lazımdır. 
Quşlara gəlincə, Cümşüd bəy, sizin dəyər verdiyiniz qadınları biz də quşa bənzətsək, yəqin sizin də acığınıza gəlməz. Cazibəli quşların cəzbini və qonduğu budaqları nəzərə alıb bu məqamda sizə xüsusi diqqətli olmağı tövsiyə edərdik. Zənnimizcə quşa bənzəmək gərək ki, sizin leksikonda təhqir hesab edilməsin. Ona görə də evinizdəki quşlara daha çox diqqət edin, bu sizə bir məsləhət olsun. Yeri gəlmişkən “quş” sözü sizə təhqir görünsə, bilin ki, sizin də ifadəniz eyni kateqoriyaya aiddir, yox əgər narahat görünmürsə, onda elə ailənizdə olan quşlar elə quş olaraq da qalsın.

 

Əbülfəz Bunyadov.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button