AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təbrizli millət vəkilindən Əliyevə sərt cavab

Mirtacəddini: Azərbaycan prezidenti ağzından böyük danışır, əgər ilhaqdan söhbət gedirsə, Naxçıvan İrana ilhaq olmalıdır.
Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz, Azərşəhr və Üsku əhalisinin İslami Şura Məclisində təmsilçisi Mirtacəddini deyib: “8 il tətbiq olunan müharibədə Vətən torpağının bir qarışını da düşmənə vermədik. Halbuki, keçmişdə Gülüstan və Türkmənçay kimi biabırçı müqavilələrimiz olub ki, nəticədə Bakı, Qarabağ, İrəvan və digər bölgələr də daxil olmaqla 14 vilayət əziz İrandan ayrılıb.”
Millət vəkili vurğulayıb: “Azərbaycan Respublikasının prezidenti ağzından çox böyük danışıb və “azərilərin Azərbaycandan ayrılığı acı taleyi” deyib. Bu prezident tarixdən nə qədər xəbərsizdir! Diqqətli olun ki, Azərbaycan İrandan ayrı düşdü və sizin dediyiniz kimi deyil. Bunu deyirəm və çox yaxşı yadınızda saxlayın. Bu boşboğazlıqla qonşuluqda problem yaratmayın. Çünki Muhəmməd Rəsulullah (s), Əli İbn Əbu Talib (ə) və İmam Hüseyn (ə) ordularına ehtiyac olmadan, yalnız Aşura Ordusu sizin cavabınızı verməyə yetər.”
Millət vəkili açıqlamasının davamında İlham Əliyevə türkcə səslənərək deyib: “Əgər ilhaqdan söhbət gedirsə, Naxçıvan İrana ilhaq olmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button