ArxivFatimi yaşayişIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Təbrizdə Həzrət Fatimeyi-Zəhraya (ə) və Qarabağ şəhidlərinə həsr edilmiş mərasim keçirilib /FOTO

Təbrizdə İslam peyğəmbərinin (s) əziz qızı Həzrəti Fatimeyi Zəhranın (sə) şəhadəti münasubəti ilə və Şəhid Maarif Səfərovun anılması ilə yanaşı Qarabağ şəhidlərinin xatirəsini əzizləmək üçün xüsusi mərasim keçirilib.

Qafqaz.ir “Təbriz Radiosu”na istinadən xəbər verir ki, Həzrət.Fatimeyi-Zəhranı (ə) sevənlər, Şəhid Səfərovun dostları və Təbrizin beynəlxalq Camiətül-Müstəfa Beynəlxalq Universitetinin azərbaycanlı tələbələrinin iştirakı ilə keçən möhtəşəm mərasimdə Camiətül-Müstəfa Universitetinin rektoru höccətül-İslam Dr.Bəxtavər şəhidlərin ali dərəcəyə malik olmalarını bəyan edərək İslam şəhidlərinin xatirəsini əziz tutub.

Dr.Bəxtavər Xanım Zəhranın (sə) yüksək dərəcə və məqamına toxunaraq deyib:

”Biz həzrətlərinin necə ali rütbəyə malik olmasını bəyan edə bilmərik, sadəcə Həzrəti Peyğəmbərin (s) və məsum imamların (ə) hədislərini mütaliyə etməklə Peyğəmbərin (s) əziz qızının özəlliklərindən bir hissəsi ilə tanış olabilərik.

Həzrəti Fatimə (sə) İslamın Əziz Peyğəmbərinin (s) nəzərində yüksək dərəcəyə malikdir. Onların arasındakı ünsiyyət və məhəbbət fərqli və ali münasibətdir. İslam Peyğəmbəri (s) Xanım (sə) haqda buyurur: “Fatimə mənim vücudumun bir parçasıdır, kim onu incidərsə, əslində məni incitmiş olub”.”

Dr.Bəxtavər çıxışının davamında mərasimdə iştirak edən Camiyətül-Müstəfanın azərbaycanlı tələbələrinə xoş gəldin deyib, İslam torpağı olan Qarabağın İşğal olunmasına toxunaraq bildirib:

“Qarabağ 27 il erməni işğalında qaldıqdan sonra müsəlman azərbaycanlı mücahidlərin himməti ilə azad oldu.

Şəhid Səfərov bir müddət Təbrizdə qaldı, lakin Qarabağ cəbhəsində iştirakını lazım gördükdə, din mərcələrinin fətvasına itaət edib İslam torpağının azad edilməsi üçün mübarizə meydanına getdi. Onun kimi gənclərin iştiraki ilə Qarabağ iki aydan az müddət içərisində ermənilərin işğalından azad oldu”.

Mərasimin sonunda Həzrət Zəhra (sə) və Həzrət Əba-Əbdullah Hüseynin (ə) aşıqləri sinə vurmaqla, növhə oxumaqla əzadarlıq edib, İslam, İran və Qarabağ şəhidlərinin xatirəsini yad ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button