ArxivXəbər lentiXəbərlər

Sarkisyanın iqamətgahı mühasirəyə alındı – FOTO

İqamətgahına soxulmağa cəhd ediblər.

 Etirazçılar Ermənistan Baş Polis İdarəsinin binasını mühasirəyə alıblar. Onlar müxalifətçi deputat Aram Manukyanı döyən şəxslərin tutulmasını və məsələnin araşdırılmasını tələb ediblər.
 Aksiya iştirakçıları buradan da prezident Serj Sərkiyanın iqamətgahına hücuma cəhd ediblər. Bu səbəbdən iqamətgah ətrafında təhlükəsizlik tədbirləri gücəndirilib.
 Xatırladaq ki, dekabrın 11-i Erməni Milli Konqresinin parlament fraksiyanın katibi Aram Manukyan İrəvanda hücuma məruz qalıb. Müxalifətçi deputat vəhşicəsinə döyülərək xəstəxanalıq olub.
 “Atam kəllə-beyin travması, müxtəlif növ xəsarətlər alıb. Hazırda müayinələr davam etdirilir”, – deyə deputatın oğlu Aren Manukyan bildirib.
 Qeyd edək ki, hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları həmin ərazidə yoxlamalar aparırlar.
 Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir./Azvision
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button