ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Hicblı oldum Çünki, hicab gözəldir.

Statistik məlumatlar göstərir ki, qərb qadınlarında islama yönəliş meyli kişilərlə müqayisədə iki bərabərdir. Leyla Hüseyn yeni müsəlman olan qadınlardan biridir ki, hicabın gözəlliyinə vurğunluğundan müsəlman olmuşdur. Leyla Hüseyn bir qadındır ki, hicabın gözəlliyinə vurğunluğundan yəhudilikdən dönüb islam dini ilə şərəflənərək hicaba riayət etmişdir. Aşağıdakı müsahibə onun əhli-beyt Tv kanalı ilə danışığının xülasəsidir:
– Islama yönəlməzdən əvvəl müsəlman qadınlara münasibətin necə idi?
– Səmimi desəm, bizim müsəlmanlara nifrət içində böyüdüyümüzə baxmayaraq həmişə hicablı qadınların vurğunu olmuşam, onları pak və vüqarlı görmüşəm. Məncə onların özünə məxsus gözəlliyi vardı. Mən altı il bundan əvvəl müsəlman olmuşam. Yəhudi bir ictimaiyyətdə yaşayırdım və islam hicabına yönəlməyim çətin deyildi. Lakin insanların iman haqqında fərqli konsepsiyaları vardır. Onlar yəhudi qadınlara müsəlman qadınlardan daha çox hörmət edirlər.
– İslama meyl etdikdən və islam hicabını qəbul etdikdən sonra sənə birinci ilham verən nə olmuşdur?
– Mənə birinci ilham verən Quran olmuşdur. Bütün dəlillər göstərirdi ki, bu, həqiqi bir dindir. Çünki bütün peyğəmbərləri, həm də imaməti qəbul edir. Bu da mənim nəzərimdə çox mətiqidir. Tədricən belə bir dərkə nail oldum ki, islamın zahiri cəhətindən əlavə daxili cəhəti də vardır. Daxilən də onu qoruyub saxlamaq lazımdır. Ailəmin fikrincə mən özümü məhrum etməkdə idim. Axı mən Fransada yaşayırdım. Orada isə hicab yasaqdır. Yaylıq örtüb məktəbə və iş yerinə getmək olmaz. Bir çox sosial həyatdan məhrum olursan. Mənim geyimimə görə sosial təhlükəyə düşdüyümün şahidi olmaq valideynlərimə olduqca çətin idi. Onların fikrincə müsəlman olmaq lazım deyildi. Yaxud yaylıq örtməklə müsəlmançılığımı büruzə vermək yersiz idi, qəlbən inanmağım kifayət edərdi. Mənə gəldikdə isə bu, çox mühüm idi. Çünki Quranda və Peyğəmbər ənənəsində hicabın əhəmiyyətinə və hörmət qazanmaq üçün müsəlmançılığı büruzə verməyin zəruriliyinə işarə olunmuşdur. Mən hicabdan vaz keçməyi qəbul etmirdim. Çünki məncə hicab paltar geyməkdən daha üstün bir şeydir… tanıdığım qadınlar hicabdan çox razıdırlar. Çünki özlərini başqalarının baxışından qorumaq onlar üçün fəxrdir. Imanı zəif olan adam bunu başa düşməz və əhəmiyyəti olmaz. Hicabsızlıq başqalarına qatışmaq və onların istəyi kimi yaşamaqdır. Bir daha təkrar edirəm ki, insan öz fitrətinə qayıtmalı və müsəlman olmağın fərqinə varmalıdır. Islam valideynlərdən miras qalan din deyildir, prinsiplərinə tətbiq edilməli olan bir dindir. Bu yolla islamın gözəlliyini, hicabın gözəlliyini və faydasını başa düşməliyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button