ArxivIslamXəbər lentiXəbərlər

Xalqımızın İslami dəyərlərə sədaqətini nümayiş etdirən tarixi foto

Bütün təzyiqlərə baxmayaraq Azərbaycan xalqı İslami dəyərlərinə hər zaman sadiq qalıb.

İslaminSesi bildirir ki, zaman-zaman torpaqlarımızı işğal edərək öz əsarətləri altında saxlayan imperialist hökumətlər, həm də xalqımızın dini dəyərlərini məhv etməyə çalışıblar. Bunun üçün işə salınan “təbliğat maşınları” milli-mənəvi və dini dəyərləri hər vasitə ilə xalqın yaddaşından silməyə çalışıblar. Ateizm hökuməti olan Sovet illərində isə bu dəyərləri tamamilə dağıtmaq üçün, dövrün ziyalıları, din xadimləri, ruhaniləri sürgün və represiyalara məruz qalıb. Lakin bütün bu cəhdlərə baxmayaraq Azərbaycan xalqı öz milli və dini dəyərlərini qoruyub saxlayaraq, gənc nəslə ötürməyi bacarıb. Hətta Sovet hakimiyyətinin hökm sürdüyü və böyük Vətən müharibəsinin getdiyi çətin illərdə belə, azərbaycanlılardan ibarət könüllü briqadalar dini inanclarını yaddan çıxarmayaraq, ibadət ediblər.

Belqrad, Buxarest, Vena, Praqa və digər şəhərləri almanlardan təmizləyən azərbaycanlılardan ibarət “223”-cü diviziyanın əsgərləri çətin döyüş tapşırıqlarına və Sovet hökumətinin basqılarına rəğmən öz dini inamnclarını yerinə yetiriblər. Bu məsələdə azərbaycanlı general və sözügedən diviziyanın komandiri Heybət Heybətovun xidməti çox olub. Mənbələrdən günümüzə gəlib çatan məlumatlara görə, general Heybətov özü də ibadət əhli olub və əsgərlərini hər zaman bu ruhda tərbiyyə edib.

Xalqımızın İslami dəyərlərə sədaqətini nümayiş etdirən tarixi foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button