AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan hakimiyyəti Mövsüm Səmədova qarşı təzyiqləri artırır

Azərbaycan hakimiyyətinin dini məhdudiyyətləri gücləndirməsi və dindarları sıxışdırması ilə ölkədə islamçılıq hərəkatı yeni mərhələyə qədəm qoyub.

Əsassız ittihamlarla ruhani və dindarların həbsi, sifarişli məhkəmə ilə onlara qarşı ağır hökmlər çıxarılması, məscidlərin sökülməsinin davam etdirilməsi, evlərdə Quran dərslərinin təşkil edilməsinə yasaq, həbsxanalarda islamçı məhbuslara qarşı qeyri-insani davranışlar Azərbaycan hökumətinin islamçılara qarşı yeni hərəkətlərindən sayılır.
Bu arada Azərbaycan İslam Partiyasının həbsdə olan sədri doktor Mövsüm Səmədova qarşı son günlərdə artan təzyiqlər narahatlığı daha da artırmışdır. Həbsindən ötən bir neçə il ərzində ona qarşı güclü təzyiqlər, ümid və ruhiyyəsini sındırmaq üçün təlaşlar heç vaxt səngiməmiş, həbsxana rəhbərləri onu ən pis şəraitdə saxlamış, 28 dəfə karsa salmışdır. Üstəlik, iki ilə yaxındır ki, görüşünə heç kəsi buraxmırlar. Bununla belə, son günlər ona qarşı təzyiqlər həddindən artıq şiddətlənmişdir.
Bu istiqamətdə 12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi Mövsüm Səmədovun Qobustan qapalı həbsxanasına göndərilməsi ilə bağlı müraciət edib. Həbsxana rəhbərliyi bu müraciəti həbsxanada Mövsüm Səmədovun şəxsiyyətinə sağlamlığına və təhlükəsizliyinə digər məhbuslar tərəfindən təhlükə yarana biləcəyi ilə bağlı əməliyyat aparatına daxil olan məlumatlar əsasında etdiyini bildirib. Lakin doktor Səmədov və onun vəkili Yalçın İmanov bu iddianı əsassız adlandırıb.
Vəkilin sözlərinə görə Səmədova qarşı papağını götürməkdən imtina etməsi, özünü məhbus kimi tanıtmaq istəməməsi, şəxsi təmizliyə riayət etməməsi kimi əsassız ittihamlar qeyd olunub. Karsa salınması isə digər məhbusların onun sağlamlığına zərər yetirməsinin qarşısının alınması ilə əsaslandırılıb. Lakin bunlar hamısı əsassız ittihamlardır. Hal-hazırda doktor Səmədov digər məhbuslardan ayrı saxlanılır. Bir sıra xəstəliklərə görə onun səhhətində ciddi problemlər yaranmışdır. Bununla belə onu azad hava almaqdan da məhrum ediblər.
Belə görünür ki, həbsxana rəhbərliyi onun fiziki durumunu ağırlaşdırmağa təlaş edir ki, qapalı həbsxanaya göndərmək üçün lazım olan şərait yaransın. Hətta onu karsda saxlamaqla digər məhbuslar arasında hidayət fəaliyyətinin qarşısını almağa çalışırlar.
Məhbuslarla davranış üzrə Minimal Standart Qaydalar və Ümumdünya insan hüquqları bəyannaməsinə (ÜİHB) diqqət etməklə Azərbaycan Respublikasının həbsxanalarında olan cəzaları, xüsusilə də 12 saylı CÇM-də AİP sədri Mövsüm Səmədova qarşı yuxarıda qeyd olunan hərəkətləri işgəncə, şiddətli cəza, çox sərt və insanlıqdan uzaq davranış adlandırmaq olar. Aydındır ki, bu qəbil davranışlar Məhbuslarla davranış üzrə Minimal Standart Qaydaların pozulmasıdır.
Məhbuslarla davranış üzrə Minimal Standart Qaydaların 5-ci maddəsində açıq-aşkar qeyd olunur ki, həbsə salınmasını aşkarcasına vacib edən məhdudiyyətlər istisna olmaqla, bütün məhbuslar Ümumdünya insan hüquqları bəyannaməsində göstərilən insan və azadlıq hüquqlarına malikdirlər. Həmçinin, ÜİHB-in 5-ci maddəsində qeyd olunur ki, heç kəsə qarşı zülm etmək, işgəncə vermək, təhqiredici, yaxud insanlığa zidd cəza və davranış qadağandır.
Habelə, yuxarıda qeyd olunan iki beynəlxalq hüquq bəyannaməsinə görə məhbusların dini əqidələri və əqidə azadlığına hörmətlə yanaşılmalıdır. Lakin bu məsələ doktor Səmədovun nə sifarişli məhkəməsində, nə də həbsxanada riayət edilməyib.
Qeyd edək ki, doktor Səmədova qarşı yuxarıda sadalanan şiddətli cəzalar Azərbaycanın vətəndaş cəmiyyəti, hakimiyyət qanunları, ümumdünya insani dəyərlərə riayət edilməsi haqqında qanunlarına da ziddir.
Sonda belə bir sual yaranır ki, Azərbaycan hakimiyyəti insan haqları haqda belə qalın və qara sənədlərdə yer almaqla, AİP sədri Mövsüm Səmədova qarşı qeyri-qanuni hərəkətlərə yol verməklə – hazırda ona bərk cismi və mənəvi zərbə dəyməsi gözdən qaçmamalıdır – əsas azadlıq, qanun və insan haqlarını açıq-aşkar pozmaq sayılan hərəkətlərlə gələcəkdə hansı nəticələrlə üzləşəcək?
Sözsüz ki, Azərbaycan hökumətinin bu qəbil qeyri-insani hərəkətləri müsbət nəticələr gətirə bilməz. Əminliklə demək olar ki, doktor Səmədovun sevilməsi və bu siyasi və dini fəalın Azərbaycandan kənarda da müsəlmanlar arasında çoxlu tərəfdarlarının olmasına diqqət etməklə, hazırda ona qarşı göstərilən təzyiqlər Azərbaycan hökumətinə ciddi problemlər və narazılıqlar yarada bilər. Hökumətin rüsvay olması, etibarının azalması və qanuniliyinin aradan getməsini bu qəbil hərəkətlərin nətisəsi saymaq olar.

Səməd Həsənzadə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button