AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Təbriz imam-cüməsi Seyyid Ali-Haşim: “Azərbaycan Respublikası xalqının qəlbimizdə yeri var”

 

 Ali Məqamlı Rəhbərin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi, Təbrizin imam-cüməsi höccətül-islam vəl-müslimin Seyyid Məhəmməd Əli Ali-Haşim son cümə xütbəsində İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası xalqları arasındakı güclü əlaqədən danışıb. Seyyid Ale-Haşim iki ölkə arasında dini və mədəni ortaqlıqların mövcudluğuna toxunaraq vurğulayıb:

“İslam ölkələri arasındakı gərginlik və müsəlmanlar arasındakı fikir ayrılığından qlobal hegemoniya və qəsbkar sionist rejimi faydalanacaq. Buna görə də diqqətli olmalıyıq. Ümumiyyətlə, İran və Azərbaycan xalqlarının bir-birindən ayrılması mümkündürmü? Bir halda ki, Azərbaycan Respublikası xalqının qəlbimizdə yeri var.”

Seyyid Məhəmməd Əli Ali-Haşim bu həftə (08 oktyabr 2021, – red.) Təbrizdə cümə namazının xütbələrinin bir hissəsində qonşu ölkələrdə baş verən son hadisələrə toxunaraq bunları söyləyib:

“İran İslam Cümhuriyyətinin rəsmi mövqeyi diplomatiya yolu ilə elan edilməlidir. Çox yaxşı mövqe də söylənilib. Biz Təbriz və Azərbaycan xalqının nümayəndəsi olaraq bunu bəyan edirik ki, problemləri həll etmək üçün rasional hərəkət etməliyik”.

Seyyid Ale-Haşim İnqilabın Ali Rəhbərinin İnqilab Keşikçilərinin Malik Əşdər Hərbi Universitetindəki ölkələrin özünə arxalanaraq təhlükəsizliyini qorumağının vacibliyini vurğulayan ifadələrinə işarə edərək deyib:

“Qonşularımız qonşuluq hüququna hörmət etməlidirlər. Ölkələrinin təhlükəsizliyini özləri təmin etməlidirlər. Necə ki, Ali Məqamlı Rəhbər buyurdu: “Bir çox Avropa ölkəsinin və bəzi Asiya ölkələrinin təhlükəsizliyi indi asılıdır, çünki təhlükəsizliyi kənar şəxslər təmin edə bilməz.”

Höccətül-İslam vəl-müslimin Ali-Haşim qeyd edib ki, qonşularımız diqqətli olsaydılar, görərdilər ki, Ali Məqamlı Rəhbərinin göstərişləri şəfqət və xeyirxahlıqla deyilib:

“Həmçinin əslində, bütün ölkələrə təhlükəsizliklərinin qayğısına qalmaq tövsiyə olunmuşdu.

İslam İnqilabı Keşikçiləri Korpusunun təlimlərinin mesajı dostlar üçün sülh və dostluq idi. Düşmənlərə, xüsusən ABŞ-ın fitnəkarlıqlarına və qəsbkar sionist rejiminə isə xəbərdarlıq idi. Biz ölkəmizin Silahlı Qüvvələrinə dəstəyimizi bəyan edirik. Bölgədə heç bir ölkəyə heç bir geosiyasi dəyişiklik etməyə icazə verməyəcəyik. Qonşularımıza qəsbkar İsrailin və dünyanı parçalayan Amerikanın fitnələrindən ehtiyatlı olmağı məsləhət görürük.

O, bəzi xəbərlərdə Bakıda İnqilabın Ali Məqamlı Rəhbərinin ofisinin bağlanması xəbəri ilə əlaqədar olaraq belə deyib:

“İnqilabın Ali Məqamlı Rəhbərinin Bakıdakı ofisi bağlı deyil. Rəhbərin Bakıdakı nümayəndəliyi ictimai müraciətlərə cavab verir. Ümid edirik ki, koronavirus maneələrini aradan qaldıraraq, protokollara uyğun olaraq bağlanan Bakı Hüseyniyyəsinin yenidən açılacağını görəcəyik”.

Ali Məqamlı Rəhbərin Şərqi Azərbaycandakı nümayəndəsi Seyyid Ali-Haşim çıxışının sonunda üzünü vilayət sakinlərinə tutaraq vurğulayıb:

“Qeyrətli Azərbaycan xalqı hər zaman İnqilabın Ali Məqamlı Rəhbərinin əmrinə tabe olmuşdur. Onlar heç bir ifrata varmadan və səhlənkarlıq etmədən Rəhbərin əmrlərinə uyğun hərəkət edəcəklər. Həmçinin pak İran torpağını qorumaq üçün həmişə ayıq-sayıq olub və Ali Məqamlı Rəhbərin əmrlərinə tabe olacaqlar”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button