ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sumqayıtda yanğın söndürülüb, dəyən ziyanla bağlı məlumat var

“Azərsun Sənaye Parkı”ndakı bir mənbə bildirib ki,, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş.

APA-nın istinad etdiyi mənbə bildirib ki, plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”.

Deyilənlərə görə, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə “Azərbaycan Sənaye Sığorta” Şirkətində sığortalıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanmalıdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Sumqayıtdakı yanğınla bağlı birgə bəyanatda bildiriblər ki,Sumqayıtdakı yanğınla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksində 28 aprel 2022-ci ildə saat 17:20 radələrində başlamış yanğını 29 aprel saat 08:24-də söndürmək mümkün olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button