ArxivIslamXəbər lentiXəbərlər

Bakıda “İmam Xomeyninin (r.ə) baxışında müasir dünyada İslamofobiya” adlı konfrans keçrilib – FOTO

Ötən gün İslam İnqilabının banisi İmam Xomeyninin(rə) vəfatının ildönümü günü münasibətilə  Bakıda konfrans keçirilib.
Maide.Az xəbər verir ki,  Bakıda İmam Xomeyninin vəfatının (r.ə) 28-ci ildönümü  münasibəti ilə keçirilən “İmam Xomeyninin (r.ə) baxışında müasir dünyada İslamofobiya” adlı konfransda çox sayda siyasi, mədəni və elmi şəxsiyyətlər,  dövlət nümayəndələri, din xadimləri, ilahiyyatçılar, partiya rəhbərləri, şairlər  və media nümayəndələri iştirak edib.
İranın Azərbaycandakı səfirliyinin  Mədəniyyət Mərkəzində təşkil olunan konfransda çıxış edənlər  Peyğəmbərin dini həqiqi İslamı dirçəltməkdə İmam Xomeyinin təyin edici və özünə məxsus rolu  haqqında danışıblar.
Konfransda çıxış edən İçərişəhər “Cümə” məscidi dini icmasının və Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu  bildirib ki, 20-ci əsrin 70-lərində dünya bu düşüncədə idi ki, din bitib. “İkinci dünya müharibəsindən sonra belə düşünülürdü ki, dünyada danışıla bilən iki nəzəriyyə var – sağ və sol nəzəriyyələr və dünyanın bundan sonrası Marksist ideyaları ilə liberal ideaların dialoqunda və ya toqquşmasında keçir. Marks dini tiryək olaraq elan edirdi, bəzən də haqlıdır. Din əgər Allah dini kimi çatdırılmasa tiyəkdən başqa bir şey olmayacaq. Din gərçək ilhai dəyərlərlə çatdırılmayanda, sui-istifadə olaraq çatdırılanda, insanların şüarlarını aldatmaq üçün olur. Din, din olaraq insanlar üçün ancaq ayıqlıq, dirilik yetirən bir ilahi nurdur. Belə bir dövrdə kənar yerlərdən deyil, Peyğəmbər və onun pak Əhli-beytnin bulağından su içmiş, islami hövzələrdən, akademiyalardan bir mərcəi-təqlid səhnəyə gəlir. Həm fəqihdir, həm filosofdur, həm də arifdir. Zamanın hər mənada böyük ictihad gücünə malik olan bir mərcəyi-təqlid və müctəhiddir.”

Çıxışının davamında Hacı İlqar bildirib ki, imam Xomeyni (r.ə) dünyaya müraciətləri ilə bir daha xatırladır ki, inanc – İslam hələ sözünü indi deməyə başlayır. “İslam oyanışı və İslamı dirçəliş dövrünün başlanmasını elan edir. Artıq modernizm öz böhranını yaşadığı bir dövrdə alternativ fikir və yanaşmalar meydanda olan zaman heç kəsin ağlına gəlmirdi ki, bu alternativlərdən də biri ilahi vəhyə söykənən iman ola bilər. Belə bir zamanda imam Xomeyni (r.ə) gəldi və dedi ki, bu yol var. İslam, yalnız İslam və daha çox İslam. Nə şərq, nə qərb. İslam bir coğrafi anlamda deyil. Nə şərqin, nə də qərbindir, harada yaşayacaqlarsa onlarındır. Sabah almanlar o dini yaşayacaqlarsa, onlar həqiqi müsəlman olacaqlar. Şərqin və qərbin çərçivələrindən çıxartdı.”

O əlavə edib ki, İslam fikrini və düşüncəsini məhv etmək üçün çox cəhdlər oldu. Sovet də buna cəhd etdi, aradan apardığını hesab etdi. Amma ilk fürstədə gördülər ki, özünü bərpa dövrü yaşayır. “Böyük fəxr hissi ilə deyirəm ki, Azərbaycanda elə şəxsiyyətlər var idi və hal-hazırda var ki, sovet dövrünün ən qadağa dövrlərində rəhmətlik imam Xomeyninin (r.ə) o nurani ideyalarını yaşadıblar və yaşadırlar. Ümid edirik ki, növbəti nəsillərə də ötürüləcək və bu, Azərbaycanın bütün coğrafiyalarında yaşanıb, burada da çox gözəl qeyd olundu, Cənub zonasında da çox gözəl yaşanıb. Molla Bəylərdən tutmuş, bütün digər əzizlərə qədər, özləri də yaşadıblar, şagirdləri də yaşadır. Bu gün də yeni nəsil təhsil alıb gələn əzizlərimiz, inşallah, İslamı olduğu kimi yaşadırlar və yaşadacaqlar. Ən möhüm məsələni qeyd etmək istərdim ki, biz yeni bir dünyaya daxil olmuşuq. Bu yeni dünya indi qurulur və hər kəs malik olduğu ilə yeni qurulan dünyada öz rolunu almaqdadır. İslamofobiya artıq bu gün dünya da artan xət üzrə onu göstərməkdədir ki, dünyada olan qaranlıqların qarşısında dayanan nur İslamdır. Bu nuru müvəqqəti olaraq qarşısını kəsə bilərlər. Amma biz əminik ki, bu nur gündən günə artacaq və əzz İmammızın zühüur ilə yer tam surətdə dolacaq. İmam Xomeyni  (r.ə) İmam Zamanın (ə.c) həqiqi müntəzirinin necə olmasını və buludlar arxasında olan nurdan bəhrələnmənin yolunu göstərirdi.”

Konfransda çıxış edən Xəzər Universitetinin Fəlsəfə və Sosiologiya Kafedrasının müdiri Mail Yaqub bildirib ki, imam Xomeyni (r.ə) adı öz ideyaları ilə ümummüsəlman şəxsiyyətə çevrilib. “Bəzi məsələlər zahirən sadə görünə bilər, lakin çox dərin məsələdir. Bəzən deyə bilərik ki, hamımız birik, müsəlmanlar arasında vəhdət olsun, amma müsəlmanların düşmənləri məhz bu nöqtədən bizi vurur. Müasir dünyamızda imam Xomeyninin (r.ə) vəhdət çağırışı hər zamandan daha çox aktualdır. Çünki bütün müsəlmanların birincidərəcəli düşməni Amerika bu gün hər zamandan daha çox yıxıcı xüsusiyyətə malikdir və daha çox hiylə işlətmək bacarığına malik olub.”

M.Yaqub əlavə edib ki,imam Xomeyni (r.ə) islahatçı idi. “İmam Xomeyni (r.ə) bildirir ki, müsəlmanlar qardaşdır, xırda məsələləri qoyun qırağa, bir-birinizi qırmayın, bir-birinizlə qardaş olun, çünki düşmənlər üçün hansı məzhəbdən olmağın fərqi yoxdu. Onlar üçün İslam önəmlidir. İmam Xomeyninin bu məsələdə xüsusi xidməti var. Mənə elə gəlir ki, bütün dünya müsəlmanları buna görə imam Xomeyniyə təşəkkür etməlidir.”
O əlavə edib ki, dahi şəxsiyyətlərin həyat və xarakterlərində iki təzadlı xüsusiyyət birləşib. “Romantika və mübarizə. Onlar daxilən fundamental olaraq romantikdir, həm də ictimai həyatda mübarizdirlər. Onların mübarizələri daxili romantikalarından qidalanır. Bu, imam Xomeynidə də belədir. İmam Xomeyni mübariz şəxsiyyət olmaqla yanaşı, həm də böyük şairdir.”
Tanınmış ağsaqqal Hacı Hacıağa Nuriyev imam Xomeyinin vəfatı münasibətilə başsağlığı verdikdən sonra bildirib ki, şükürlər olsun ki, biz imam Xomeyninin (r.ə) əsrində yaşadıq və onu dərk etdik. “Çünki tarix boyu dünya təlatümə düşəndə Allah tərəfindən bəşəriyyətə nicat verəcək peyğəmbərlər göndərilir və imam Xomeyni dünyada İslamı yenidən dirçəltdi. İmam Xomeyni Peyğəmbər (s) gətirən həqiqi İslamı qaldırdı.”
İranın Azərbaycandkı səfiri Cavad Cahangirzadə də öz növbəsində İmam Xomeyninin (r.ə) vəhdətə verdiyi önəmdən danışıb və bildirib ki, bu gün İslam ölkərində vəhdətə hər şeydən çox ehtiyac var. Bizi vəhdətə yaxınlaşdıran hər bir çalışma İslam həmrəylini və birliyinə yönəldən hər bir addım doğru yoldur və biz bunu alqışlamalıyıq. İslam ümməti və ölkələrinin vəhdətə çatmasına mane olan şeyləri birlikdə, gücləri birləşdirməklə mübarizə aparmaq lazımdır. Bu gün İslam ölkərindən yaxşı təsvir görmürük. Bəzi ölkələrinin adı İslam ölkəsidir, amma qonşu ölkələrinə hücum edir, torpağını işğal edir, xalqını öldürür. Bu, yaxşı hal deyil.  İmam Xomeyni (r.ə) həmişə iki məsələyə təkid edirdi. Bir “vəhdəti-kəlmə”, bir də “kəlmeye-vəhdət” və bunların önəmini vurğulayırdı. “Kəlmeyi-vəhdət”, yəni din, “vəhdəti-kəlmə” isə, yəni birlik.”

Qeyd edək ki, 2017-ci il İyunun ayının 4-də İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının 28-ci ildönümü günüdür. 28 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan imam Xomeyninin (r.ə) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir.

1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən, nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

Qeyd edək ki, 2017-ci  il iyunun ayının 4-də İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının 28-ci ildönümü günüdür. 28 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin (r.ə) dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir.
1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisinin 1/6-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button