ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sülh və rifah içində yaşamaq hər bir xalqın haqqıdır!

"Dünyanın növbəti alova bürünən məkanı: Ukrayna!

Artıq günlərdir ki, siyasi düşüncələrin toqquşduğu məkanda uşaq-qoca demədən dinc əhali öldürülür, evlər dağıdılır, şəhərlər hərbi təcavüzün ağır pəncəsi altında əzilir. Səbəblərin müxtəlifliyi fonunda bir həqiqət öz varlığını qoruyur: Heç bir ölkənin ərazisi ehtimal və ya sair səbəblər üzərindən hücuma məruz qala bilməz. Heç bir ölkə digər torparları özünə təhlükə adı ilə əzə, dinc əhalinin qətlini həyata keçirə bilməz. Bütün bunlar təkcə Ukrayna deyil, neçə-neçə dövlətlərin ərazisini şəxsi təhlükə və maraqları səbəbidən hərbi gücə məruz qoyan hər bir dövlətin digər millətə etdiyi vəhşiliyin təzahürüdür.
Bu, güclərin qeyri-bərabərlik savaşında dünya insan haqlarının vəziyyətinin aydın tablosudur. Ərazisinin az qala hər bir nöqtəsi vurulan Ukrayna və onun xalqının yaşadığı bu məşəqqət insanlıq vicdanında bir xalqın məruz qaldığı zülm və sitəmdir. Hər bir ölkənin ərazi bütövlüyü, hər bir xalqın azad və rahat yaşamaq haqqı var. Bu haqqı ondan heç kəs öz ərazisinə təhlükə adı ilə ala və bu torpaqlara hücum edə bilməz. Bu, təkcə Ukraynanı qan çanağına döndərən Rusiyaya aid deyil, Fələstin başda olmaqla neçə-neçə müsəlman ölkəsini özünə təhlükə bilərək torpaqlarına hücum edən İsrail sionizminə, Yəmən suverenliyinə təhdid olaraq Səduyyə koalisiyasına, İraq ərazisinə soxulan Amerika qüvvələrinə və nəhayət Azərbaycana qarşı vandallıq törətmiş Ermənistan kimi qəsbkar və qaniçən dövlətlərin addımlarına heç zaman haqq qazandırılmayacaq sadə həqiqətdir.
Biz, təcavüzə məruz qalmış Ukrayna xalqının, torpaqlarının bir hissəsi hələ də işğalda qalan bir xalq kimi hüquqlarını tanıyır və onların bu ərazilərdə heç bir təhlükə hiss etmədən rahat yaşama haqqını dəstəkləyirik. Qəsbkar Rusiya siyasətini kəskin pisləyir və buna seyrçi olan insan hüquq insitutlarının fəaliyyətsiz addımlarını kəskin tənqid edirik.
Bir daha bəyan edirik: Ölkələrin ərazi bütövlüyünə təhdid yol verilməzdir. Bütün bu zorakılıqların qarşısı alınmalı və Ukrayna xalqına haqqı olan sülh və əmianlıq geri qaytarılmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button