ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sosial sahədə Azərbaycan regionda sonuncudur

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin 5 yanvar taxixli sərəncamının preambulasında belə yazılıb:
“Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.”
Razısınızmı? Mən razı deyiləm, nəyə görə izah edim.
BMT Beynəlxalq Əmək Təşkilatının ən son açıqlanan Qlobal Sosial Müdafiə Hesabatında belə deyilir ki, Azərbaycanda aztəminatlı əhalinin yalnız 13.4 faizi sosial yardım proqramı ilə əhatə olunub. Bu göstərici Ermənistanda 19.6, Qazaxıstanda 74.2 faiz, Gürcüstanda 92,9-dir.
Qlobal Sosial Müdafiəyə dair hesabatında deyilir ki, Azərbaycanda səhiyyə xidməti xaric hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən vətəndaşların cəmi 39 faizi yararlanıb. Bu göstərici Ermənistanda 54 faiz, Türkiyədə 80 faiz, Gürcüstanda 97 faiz, Qazaxıstanda isə 100 faizdir.
Qlobal Sosial Müdafiəyə dair hesabatında deyilir ki, Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiri ilə əhatə olunub. Bu göstərici, Ermənistanda 30 faiz, Gürcüstanda 48 faiz, Qazaxıstanda 57 faizdir.
Azərbaycanda muzdla çalışanların ümumi məşğul əhali içərisində xüsusi çəkisi 32 faizdir. Bu göstərici Gürcüstanda 49 faiz, Ermənistanda 60 faiz, Türkiyədə 69 faiz, Qazaxıstanda 75 faiz, Rusiyada 93 faiz, Belarusda 96 faizdir.
Azərbaycanda əmək haqqı gəlirlərinin ÜDM-də payı 18,4 faiz, Rusiyada 47,2 faiz və Belarusda 49,2 faizdir.
Azərbaycan konstitusiyasının 15-ci maddəsində yazılıb ki, “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.” Bu maddəyə sosial yönümlü sözü Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Qərarı ilə əlavə olunub.
İndi siz müəyyən edin görün kim yalan danışır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button