ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sosial şəbəkələrdə müxtəlif xəstələrin şəkillərini paylaşaraq yüksək məbləğdə pul toplayan bacılar kimlərdir?

Sosial şəbəkələrdə müxtəlif xəstələrin şəkillərini paylaşaraq yüksək məbləğdə pul toplayan bacılar kimlərdir?
Bir müddətdir ki, sosial şəbəkələrdə xəstəlikdən əziyyət çəkən insanlara məxsus fotolar paylaşılaraq yardım toplanır. Həmin paylaşımlara ən çox dini qruplarda rast gəlinir. Bir qrup dələduz insanların mərhəmətini öz mənfəətləri üçün istifadə edirlər. Bir balaca diqqət yetirdikdə məlum olur ki, xəstələr müxtəlif olsa da paylaşılan bank kart nömrələri eynidir. Gözü doymayan dələduzlar sosial şəbəkələrdə tanınan simaların fotolarından istifadə edərək müxtəlif hesablar açmaqdan da çəkinmirlər. Belə hadisələrdən biri Nəzrin Kadirovanın başına gəlib. Yaxınları onun fotosu əks olunan Facebook hesabının olduğunu dedikdə qadın heyətlər içərisində qalıb. Hesab idarəçisi ilə uzun müddət söhbətdən sonra foto silinsə də hesab öz ” pul toplama” funksiyasını heç nə olmamış kimi davam etdirməkdədir. Xırda araşdırmadan sonra məlum olub ki, həmin hesabdan paylaşılan bank kartları iki şəxsə məxsusdur, fotoları paylaşılan xəstələrin əksərinin isə toplanan məbləğlərdə xəbəri yoxdur. AzTimes.az saytı olaraq sizə həmin qeydlərin bir hissəsini təqdim edirik:
Bank kartları isə Həsənova Nüranə və Həsənova Güllu adlı şəxslərə məxsusdur. Şikayətcilər iddia edirlər ki, həmin qadınlarla əlaqə saxlayıb etirazlarını bildirdikdə bu şəxslər polisdə adamlarının olduğunu, onlara heç kimin hara bilməyəcəyini deyirlər. Hər zaman olduğu kimi dələduzluq əməllərinin polisin kölgəsində gizlətməyə çalışan belələri bu addımları ilə sadəlöhv vətəndaşları polisə arxa çevirməyə sövq edir. Amma birmənalı olaraq bilinməlidir ki, qanun keşikçisi qanun pozaraq haqq yeni ancaq məsuliyətə cəlb edir, yanında olmur. Bu şəxslərin əməllərindən əziyyət çəkənlər mütləq DİN-nin 102 xidmətinə müraciət etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button