ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti Minsk qrupu həmsədrlərinə qarşı çıxış etdi

Azərbaycan Respublikası prezidenti vasitəçi Minsk qrupu həmsədrlərinin funksiyasını bir daha tənqid edib.

 Azərbaycan Respublikası prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupu həmsədrlərini Dağlıq Qarabağ münaqişəsini həll etmək yerinə bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa səy göstərməkdə suçlayıb.

Azərbaycan Respublikasının Dövlət İnformasiya Agentliyi AzərTAc-ın məlumatına görə, İlham Əliyev bu ölkə gənclərindən bir qrupu ilə görüşdə deyib: Çox təəssüf edirəm ki, vəzifəsinə əsasən birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı olan Minsk qrupu həmsədrləri praktiki olaraq bu münaqişəniN dondurulmasına çalışırlar.

Əliyevin sözlərinə görə, Minsk qrupu həmsədrləri, Ermənistana təzyiq göstərmir, üstəlik problemlər qarşısında Ermənistanı dəstəkləyirlər.

Azərbaycan Respublikası rəsmilərinin Minsk qrupu həmsədrlərini davamlı şəkildə tənqid etmələrinə baxmayaraq, ötən bir neçə il ərzində Azərbaycan hökuməti bu qrupun fəaliyyətinin davam etməsinə daha çox dəstəyi göstərmişdir.

Rəsmi Bakı bundan öncə bildirirdi ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçüdür. Elə buna görə, bu ölkələr tərəfindən Dağlıq Qarabağ münaqişəsinə son qoyulması daha etibarlı olacaqdır. Halbuki təcrübə göstərir ki, belə ölkələr yalnız dünyada strateji bölgələrdə öz mənafelərini təmin etmək ardıncadırlar. Şübhəsiz Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinə son qoymaq üçün ilk növbədə öz ölkələrinin siyasi və iqtisadi mənafeləri ardıncadırlar. Bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həllini qeyri-mümkün etmişdir. Misal üçün Avropa Şurasının Parlament Assambleyası ötən həftə qış sessiyasında qərara almışdı ki, öz məruzəçilərinin Ermənistana qarşı iki qətnaməsini Azərbaycan-Ermənistan arasındakı münaqişə çərçivəsində araşdırsın. Lakin bu sessiyanın işə başlaması ərəfəsində ATƏT-in Minsk qrupu həmsədrləri bir bəyanat verərək AŞPA-dan Qarabağ münaqişəsində müdaxilə etməkdən çəkinməsini istədilər.

Əslində Minsk qrupu həmsədrləri açıq-aşkar Ermənistan və Dağlıq Qarabağ ermənilərini dəstəklədilər. Bu siyasətin oxşarı bundan öncə də müşahidə olunmuşdur.

Əslində demək lazımdır ki, Minsk qrupu həmsədrlərinin region və dünya ölkələri, həmçinin beynəlxalq qurumlara tövsiyələri yalnız bu uzunmüddətli münaqişənin davam etməsi üçün bəhanələrdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button