ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sonuncu pillə

SONUNCU PİLLƏ.
İnsan hər hansı bir pis və ya yaxşı işi cismani olaraq icra etmir. Bunun ilk mənbəyi düşüncə, idrak və beyindir. Birmənalıdır ki, “yaxşı insan” məvhumu əslində düzgün düşüncə və ya məntiqli idrak deməkdir. Bunun əksi pis insan isə əyri təxəyyül və ya ağlın nəfs müqabilində acizliyinin törətdiyi xəta qurbanıdır. Dolayısı ilə desək oğru əl deyil, oğru beyin və ya oğru təfəkkür insanın əməli nəticəsi olaraq sonluqdur. Əxlaqsızlıq cismin yox, cismə əxlaq sərhəddini qorumağı deyil, onu ümumi kütlə üçün icazəli edən başın, şəhvətə uyan ağlın nəticəsidir. Bundan sonra yaxşı və pis olması üçün hərəkətə gələn bədən həmin o düşüncənin, beynin məhsulu olur.
Təəssüf ki, son dövrlər belə pis beyinlərin nəticəsi olaraq narkotiklərin idxalı, kultivasiyası kloqramları aşaraq tonları əhatə edb. Bu problemin həyəcan siqnalı və ya qırmızı xətt kimi ciddilik əlamətini göstərən sərhədləri aşdığını söyləsək yanılmarıq. Aylıq, illik statistik xəbərlərə baxanda rəqəmlərin dəhşət saçığını müşahidə edirik. Lakin bu birmənalıdır ki, qeyd olunan rəqəmlər mövcud reallığın heç on faizini də təşkil etmir.
Narkotikanın ziyanları, hansı növləri əhatə etməsi, ölkəmizdə ən çox becərilənlər, narkobaronlar və onların çiynində olan böyük əllər, satılmaq üçün yaradılan münbit şərait, əkin sahələrinə məxsus yüksək çinli məmur dəstəyi, daşınma və ölkəyə gətirilmədə böyük qazanclar əldə edən qüvvələrin hər biri ayrı ayrılıqda böyük bir mövzudur və geniş təhlil qabliyyətli bir yazı tələb edir. Buradan onların hər birindən söhbət açmaq mümkün də deyil.
Hər kəs, istisnasız olaraq ətrafında, yaşadığı kənd, qəsəbə və ya hansısa məntəqədə narkotik aludəçilərini müşahidə edir. Bunu üzüntü ilə söyləməliyik ki, artıq bu aludəçilər hər bir böyük ailənin tərkibində ən azı bir nümayəndə ilə özünü göstərməkdədir. Sürətlə artan aludəçilik, pis vərdişlər o qədər geniş miqyas alıb ki, bunun önlənməsi, qarşısının alınması getdikcə ümidsiz hala gəlir.
Şübhəsiz narkomaniya artıq ümumdünya səviyyəsində qloballaşan bir bəladır. Dünyanın bir hissəsi olaraq biz də bu problemdən əziyyət çəkirik. Lakin əziyyət çəkmək şərti bir deyimdir, yoxsa həqiqətənmi əziyyət çəkirik? Təəssüflə qeyd olunmalıdır ki, hələ ki, bu əziyyəti dağılan ailə həyatları, həbs olunan gənclər, oğul qarasını geyinən analar, soyğuna məruz qalan ailələr və sairlərdən başqa çoxlarına maraqlı deyil. Xüsusi olaraq dövlətin əsas proritet mövzusu olacaq narkomaniya demək olar ki, ölkə üçün heç bir ciddilik daşımayan hal olaraq diqqətdən kənar qalmaqdadır. Həbslər, bu sahədə saxlanılanların əməlində cinayət tərkibi olmayacağı halda çox yəqin ki, hakimiyyət məhv olan genefonumuzun bu tərəfinə də seyirçi olacaqdı. Qanunla narkotik vasitələrin istifadə, satişi, hazırlanması və sair qadağan olunduğundan dövlət orqanların bu sahəyə aid şəxslərin yalnız saxlanılması ilə məşğul olurlar. Lakin görünən budur ki, mövcud hal nəinki cinayətin qarşısını və həcmini azaltmır, əkisinə hər ötən gün yüksək templə artmasına gətirib çıxarır. Bunun başlıca səbəbi isə aludəçilərin rekord həcmdə çoxalmasıdır.
Narkotika aludəçiliyinə atrıq orta məktəbdən başlayaraq müxtəlif yaş qruplarında insanlar yoluxub və ya yoluxdurulub. Buna çox üzüntü ilə qadınların da yetərincə sayda qoşulduğunu demək isə ürək ağrıdır. Hər gün yeni qurbanları üçün torlar qurulan ağ ölümün cənginə neçə-neçə şəxsin düşməsini isə bir Allah bilir.
Təəssüflə bir daha qeyd etməliyik ki, hakimiyyətin buna qarşı hər hansı addımı isə demək olar ki, görünmür. Bir neçə il öncə narkotika istifadəçilərinin məcburi müalicəsi haqqında qanun qəbul olunsa da bu günə qədər nə bu layihənin icrası üçün xüsusi bir mərkəz yaradımadı, nə də onu icra edəcək mexanizm. Həbsxanalarda isə bu istiqamətdə maariflənmədən söz belə gedə bilməz. Efir məkanları sanki ölkədə heç bir şəxsin narkotikaya yoluxmaması səbəbindən önləyici çarxların verilməməsi isə laqeydliyin bariz nümunəsidir. Narkotika sanki sistemləşdirilmiş inkişaf yolu ilə heç bir maneə yaşamadan ölkədə sürətlə yayılmaqdadır. Beyinlərin pis vərişlərdən müdafiəsi, uşaqların yalnış aludəçilikdən qorunması üçün bu yolda töhvə verəcək məscidlərin isə hələ də əlli nəfərli baryer ilə üzləşməsi, dini maarifçilərin efir məkanlarına buraxılmaması bir daha bu işin arxasında duran qüvvələrin elə narkotikaya münbit şərait yaradan şəxslərin özü olduğunu söyləməyə əsas verir.
Bütün gözəllik və çirkinliklərin mənbəyi, yanlışlıq və düz yolun istiqaməti beyinlərdir. Düzgün istiqamətlənən düşüncə doğru addımın zəmini olduğu kimi, səhv düşüncə də zərərli vərdişlərin yol açdığı bəlalara gətirib çıxaracaq. Hələ də gec olmadan mənəviyyata köklənən ağlın aydın zəka yollarının maneəsini aradan qaldırmağa çalışaq.
Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button