ArxivXəbər lentiXəbərlər

Ərdəbil xalçaları Azərbaycan Respublikasında nümayiş etdiriləcək

Ərdəbilin xalça sənayesi bölmələrinin genişlənməsi qurumun rəhbəri Ərdəbilin xalça layihəsinin Azərbaycan Respublikasında keçiriləcək dekorasiya və əl sənayesi sərgisində nümayiş etdiriləcəyini xəbər verib.
Qafqaz Mədəniyyət Mərkəzi–İshaq Rəsuli Ərdəbil xalça bölməsinin Azərbaycan Respublikasında tanıdılacağını xəbər verərək deyib: “Aprel ayında Azərbaycan Respublikasında keçiriləcək sərgidə Ərdəbilin “Qafqaz” xalça layihəsini nümayiş etdirməyi nəzərdə tutmuşuq”.
İ. Rəsuli əlavə edib: “Bu addım regionda bazarı dəyərləndirmək və Rusiya bazarına çıxış məqsədilə həyata keçirilir. Eyni haldaƏrdəbilin əl ilə toxunan xalçalarını brenləşdirmə məqsədi də daşıyır”.
Ərdəbilin xalça sənayesi bölmələrinin genişlənməsi qurumun rəhbəri Məşhəd xalça bölmələrini də ziyarət etməsinə toxunaraq deyib: “Sərgilərdə iştirak etmək Ərdəbil xalçaçılıq layihəsinin genişlənməsinə və müxtəlif bazarlara çıxışını asanlaşdıra bilər”.
İ. Rəsuli Ərdəbil xalçaçılığı sahəsində boşluqların əyalətin xalçasının tanınmaması və xüsusi olaraq brendləşməməsi üzündən olduğunu qeyd edərək vurğulayıb: “Xüsusi brend alınmayınca bazarda istənilən yeri tutmaq mümkün deyil”.
O, xalçaçılıqla məşğul olan fəalların bu mövzuda iştirak etmələrinin zəruri olduğunu da bildirərək deyib: “Bizə elə gəlir ki, xarici bazarlara çıxış və sərgilərdə iştirak etmək Ərdəbil xalçasını dünyada tanınmasına kömək edəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button