ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Londonda beynəlxalq konfrans keçiriləcək

Londonda İngiltərə İslami Mərkəzinin ofisində “İmam Xomeyni və qadınların məqamı” mövzusunda İmam Xomeyni (rə) adına 19-cu beynəlxalq konfrans keçiriləcək.

Maide.Az xəbər verir ki, konfrans iyun ayının 4-də yerli vaxtla saat 8:30 da başlayacaq. Konfransda dünyanın müxtəlif ölkələrindən o cümlədən İtalya, Bəhreyn, İran, Pakistan və digər ölkələrdən elm adamları, din xadimləri və araşdırmaçılar iştirak və çıxış edəcək.

3 iyun (27 şaban) İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının il dönümüdür. İmam Xomeyni 1989-cu il iyunun 3-də vəfat edib.

Onun İranda həyata keçirdiyi inqilab, o zamanın mövcud siyasi prosesləri, dünyada siyasi proseslərin inkişaf və hərəkət istiqaməti və müsəlman ölkələrinin o vaxtkı vəziyyətini nəzərə alsaq, demək olar, XX əsrin ən böyük siyasi dəyişikliklərindən biri hesab olunur.

1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button