ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Siyasətçilər Rusiyanın vasitəçiliyinə nikbin deyillər

tanınmış siyasətçi Fuad Qəhrəmanlı bu barədə Faceboo üzərindən paylaşdığı məqalədə yazır: Gələn ayın əvvəlində Azərbaycan və Ermənistan arasında imzalanacağı ehtimal olunan sənədlə bağlı iqtidar xalqa heç bir məlumat vermir. Bu məsələnin çox məxfi saxlanılması ciddi narahatlıqlara əsas verir. Bəlkə də xalqı ötən ilin 10 noyabr Bəyanatında olduğu kimi yenə fakt qarşısında qoymağa hazırlaşırlar.

Siyasətçinin Moskva görüşü ilə bağlı proqnozu belədir:

1. İki ölkə arasında kommunikasiyaların bərpası o demək olacaq ki, Azərbaycan faktiki olaraq Ermənistanı işğalçı hesab etmir. Bu isə   münaqişənin tərəfi kimi Qarabağ ermənilərini qəbul edilməsi anlamına gəlir.

2. Azərbaycan Qarabağın işğalı faktı ilə barışıb və öz ərazisini Qarabağsız da təmin olunmuş sayır.

Xatırladaq ki, Ermənistanda yayılan məlumatlara görə gələn ayın əvvələrində Azərbaycan və Ermənistan arasında əhəmiyyətli bir sənəd və müqavilənin imzalanacağı gözlənilir. Bu sənədi hazırlayan və onu tərəflərə imzalatdıracaq dövlət isə Rusiyadır. Bu saziş Azərbaycan üzərinə hansı öhdəliklər qoyacaq, iki ölkə arasınada münasibətlər və əlaqələr necə tənzimlənəcək, işğalda qalan Qarabağ məsələsi və sülhməramlıların fəaliyyəti ilə bağlı nələr nəzərdə tutulur, bunlar ictimaiyyəti düşünməyə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button