Xəbərlər

Aleksandr Duqin: “Putinin ziyarətinə kimi Bakıdakı lazımsız israilliləri deportasiya etmək lazımdır”

Islamtimes – Əgər Əliyev bu görişmədə Putinə “biz ABŞ-ı bundan sonra unutduq” vədini versə… Bu, Azərbaycan üçün çox vacibdir.
Aleksandr Duqin: “Putinin ziyarətinə kimi Bakıdakı lazımsız israilliləri deportasiya etmək lazımdır” Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri, siyasi elmlər doktoru Aleksandr Duqin vesti.az saytına ekskluziv müsahibə verib. istiqamet.com Azərbaycan dilinə çevirdiyi müsahibədə bir sıra maraqlı məqamlar yer alıb.Məsələn, Bakı ilə Moskva arasında münasibətlərdə çətin dövrün yaşandığı deyən politoloq indiki vəziyyətdə Azərbaycanın mövqeyinin nəzərə çarpacaq şəkildə dəyişlməli olduğunu söyləyib: “Çünki regiondakı qüvvələr nisbəti dəyişməkdədir… Regiondakı siyasəti artıq ABŞ müəyyən etmir. Son illərdə özünü regionda aparıcı dövlət olaraq görən Türkiyə belə özünün bütün siyasi proyektlərində uğursuzluqlarla üzləşib. Artıq Türkiyə heç bir şeydir. Türkiyənin gücü daxilindəki anti-Ərdoğan üsyanları və cənub regionlarındakı qarmaqarışıqlıqlarla çox zəiflədilib və onun Suriyaya qarşı girişimləri isə nəticəsiz qalıb. Bütün bunların nəticəsində Türkiyə müəyyən müddətə regiondakı əvvəlki rolundan kənarlaşdırılıb”.
Ekspertə görə, bütün bu hadisələr Bakıya açıq mesajdır ki, onun ABŞ-la yenidən danışıqlara başlaması, Qərblə yaxınlaşmağa təkrar cəhd etməsi qarışıqlıq və parçalanma dalğasının Bakıya sıçramasına səbəb olacaq: “Düşünürəm ki, Putinə Əliyevlə ciddi danışmaq lazım gələcək. Çünkü vəziyyətin aydınlaşması lazımdır. Əgər Əliyev Saakaşvili, Mursi və Ərdoğan kimi Qərb yönümlü rejimlərin getdiyi yolu getmək istəyirsə bu, Moskvanı qane etməyə bilər. Yeri gəlmişkən, eyni şeyi ermənilər haqqında da demək olar. Əgər Ermənistan Qərblə əməkdaşlıq etmək istəyirsə o zaman biz onunla başqa şəkildə danışa bilərik. Bakının birdəfəlik başa düşməsi lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün qarantı ABŞ və Türkiyə deyil, məhz Moskvadır. Bu mövzuda Rusiya öz mövqeyini dəyişərsə Azərbaycanın öz ərazi bütövlüyünü birdəfəlik unutması lazımdır… Bu zaman Rusiyanın Azərbaycana qarşı böyük simpatiyasının olduğunu da nəzərə almaq lazımdır. Bakı bizə dost və müttəfiq ölkə kimi lazımdır”.
Duqin hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açılır və bu səhifədə Azərbaycan qarşısına cox ağır şərt qoyulur: “Bundan belə ABŞ, AB və Qərb kimi kəlimələri əbədilik unutmaq. Düşünürəm ki, Əliyevlə Putinin görüşü çox gözəl dost əhval-ruhiyyəsində keçəcək. Təbii ki, əgər Əliyev bu görişmədə Putinə “biz ABŞ-ı bundan sonra unutduq” vədini versə… Bu, Azərbaycan üçün çox vacibdir. ABŞ və AB-dən başqa Azərbaycan rəhbərinə İsrail haqqında danışmaq da lazım deyil. Hazırda Bakıda olduqca çox lazımsız İsrailli var. Fikrimcə, Putinin gəlişinə qədər onların hamısını deportasiya eləmək lazımdır ki, danışıqların dostyana və sakit şəkildə keçməsinə kimsə mane olmasın”.

islam times

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button