AktualAktualArxivQarabağtahlil va magaleXəbər lentiXəbərlər

Sionistlərə bağlı sayt İranla Azərbaycan Respublikası arasında nifaq salmağa çalışır

İllərdir ki, bir qrup sionist rejiminin dollarları ilə və saytlar işə salmaqla, satqın ünsürlərə muzd verməklə regionda gərginliyi alovlandırmağa və öz gümanlarına əsasən iki ölkə arasında ixtilaf yaratmağa səy edirlər.

qafqaz.ir / “Hürriyyət” saytı 17 sentyabrda Ülviyyə Şükürovanın qələmi ilə yazılmış “İkinci Qarabağ müharibəsi” adlı əsassız məqalə dərc etməklə qeyri-məntiqi təhlilə yol verməsinin ardınca saytın rəhbərliyi İran və Azərbaycan arasındakı qonşuluq münasibətlərini korlamağa yönəlmiş bu məqaləyə görə cavabdeh olmalıdır. Əlbəttə, siyasət və media adamları bilirlər ki, bu yazarın İranın qonşularla siyasətləri barədə dedikləri tamamilə əsassızdır.
İllərdir ki, bir qrup sionist rejiminin dollarları ilə və saytlar işə salmaqla, satqın ünsürlərə muzd verməklə regionda gərginliyi alovlandırmağa və öz gümanlarına əsasən iki ölkə arasında ixtilaf yaratmağa səy edirlər.
Başdan-ayağadək yalan üzərində qurulmuş bu məqalədə İran İslam Respublikasının nüvə silahı hazırlamaq ardınca olduğu və bu sahədə gizlin işlər apardığı deyilir. Burada anti-İran yazara xatırlatmaq istərdim ki, İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei kütləvi qırğın silahlarından istifadə etməyi şəri baxımdan haram elan etmişdir və bu istiqamətdə İranın bütün rəsmiləri dəfələrlə açıqlama veriblər ki, İran nüvə enerjisindən yalnız sülhamiz və dinc məqsədlər üçün istifadə etmək ardıncadır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik da dəfələrlə bu məsələni təsdiq eetmişdir və Agentliyin rəsmi açıqlamaları KİV-lərdə yer almışdır. Hətta, Avropa və Amerikanın bir sıra təhlükəsizlik və kəşfiyyat qurumları bildiriblər ki, İran heç vaxt nüvə silahı ardınca olmamışdır.
Yazar əsassız iddialarının digər hissəsində deyir ki, Rusiya Ermənistan vasitəsilə İrana hərbi avadanlıq ötürür və İrəvan da nüvə elmi əldə etmək kimi imtiyaz almaqla, bu təchizatın İrana daşınmasına icazə verir! Hətta, gülünc bir iddia ilə Ermənistanı Metsamor Atom Elektrik Stansiyasını işə salmaqda ittiham etmişdir!
Şükürovanın uşaqcasına iddiaları bununla sonlanmır və iddia edir ki, erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq istəyirlər. Bu iddia da bir çox erməni və azəri tərəfdarları üçün puç bir iddiadır. Onda qalıb, Ermənistanın qərbyönümlü rəsmiləri bu xoş xəyallar barədə düşünsün!
Ona görə də İranın diplomatik aparatları və Azərbaycan Respublikasının mətbuata nəzarət orqanlarından gözləntimiz budur ki, bu kimi məsələlərə yetərli reaksiya versinlər, beləliklə, kimsə, yaxud hansısa media bu formada iki ölkənin müsbət münasibətlərini pozmaq üçün fitnəkarlıq etməsin və həmin adamlardan əsassız fikir bildirmələrinin səbəbini soruşsun.
Sonda bildiririk ki, İran İslam Respublikası xəyanətə uğramış Qarabağ müharibəsində (azəri rəsmilərinin sözlərinə görə, Qarabağ tamamilə şübhəli şəkildə ermənilərin işğalına keçmişdir) Azərbaycana hərbi avadanlıq və məsləhətçilər göndərdi, müharibə dövründə, ondan sonra da dəfələrlə Azərbaycan xalqı və dövlətinin yanında olduğunu və bundan sonra da olacağını, bu müqəddəs hədəf uğrunda şəhid verməyə hazır olduğunu göstərmişdir.
Şükürovanın sapındırıcı şübhə və suallarla İran və Azərbaycan arasındakı münasibətləri korlamaq istəməsi, bu məqsədlə “İkinci Qarabağ müharibəsi” adlı məqalə yazması çox-çox təəccüblüdür!!
Qarabağ uzun illərdir ki, ermənilərin işğalındadır, Minsk qrupu və özünü zahirdə dost kimi təqdim edən bir sıra ölkələr indiyə kimi heç bir addım atmayıb və daha çox siyasi jest vermək ardıncadırlar.
Lakin Qarabağ müharibəsi baş verəcəyi surətdə Qarabağı azad etməyə hazır olan azərbaycanlı vətənpərəst və dindarlar ermənilərə qarşı müharibə cəbhəsinə yollanacaqlar.
Bu şərtlə ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev azəri azadlıqsevərlərə tam dəstək versin.
Qeyd edək ki, cümə axşamı Azərbaycanın “Hürriyyət” saytı bir məqalədə işarə edib ki, ikinci Qarabağ müharibəsində İran Ermənistanın, Türkiyə Azərbaycanın yanında dayanacaq. Bu iddia bir növ təbliğat şousu hesab olunur.
Yazar: Məsud Zəbihi, beynəlxalq məsələlər üzrə ekspert

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button