AktualAktualArxivIslammədəniyyatSosialtahlil va magaleXəbər lentiXəbərlər

Sionist rejimin Türkiyədəki məkrli məqsədləri – Təhlil

 

Sionist rejimin ən mühüm məqsədlərindən biri də regionda İran İslam Respublikasına qarşı bəzi məkrli və düşmənçilik məqsədlərinə nail olmaqdır. “İsrail” Türkiyə ilə münasibətlərində də həmin məqsədi izləyir və sionist rəsmilər iddia edirlər ki, İrana qarşı mövqe tutmaq Türkiyə və “israil”ə ortaq maraqlar gətirəcək.

Qafqaz Həqiqətləri – Ərdoğan sionist rejimdən Co Bayden hökuməti ilə əlaqələrin inkişaf etdirilməsində ona köməklik göstərməsini istəyib, amma sionistlər Ankara üçün qətiyyən xoş olmayan cavab veriblər. “İsrail”in müharibə naziri Benni Qantsın Türkiyəyə səfəri Ərdoğanın sionist rejimlə münasibətləri normallaşdırmaq üçün tələsik və həvəsli olduğunu bir daha nümayiş etdirən mühüm hadisə idi. Sionist rejimin müharibə nazirinin general Hulusi Akar ilə görüşü normallaşma prosesinin elan edilməsindən sonra başlayan əməkdaşlığın davam etdirilməsinin başqa bir hissəsidir. Təbii ki, Türkiyə iki nazir arasında rəsmi görüş keçirməklə kifayətlənmədi, Ərdoğan özü israilli naziri qarşıladı ki, sionist rejimlə əlaqələrin inkişaf etdirilməsi üçün heç nəyi nəzərə almayacağını göstərsin.

Halbuki, sionistlər Türkiyə hökumətinin siyasi və iqtisadi şərtlərini, Ərdoğan və partiyasının sarsıntılı mövqeyini dərk edərək, Türkiyənin imkanlarından məkrli şəkildə özlərinin mənfur regional məqsədləri naminə istifadə etməyə çalışırlar.

 

Qatil nazir Türkiyədə

Faktlar göstərir ki, iqtisadi böhran, xalis praqmatizm və qısamüddətli iqtisadi maraqlar səbəb olmuşdur ki, təkcə Ədalət və İnkişaf Partiyasının özü deyil, Ərdoğanı dəstəkləyən və Fələstini dəstəklədiklərini iddia edən digər mühafizəkar qruplar da “israil”in qarşısında aciz qalsın.

Amma bu arada mərhum Nəcməddin Ərbakanın ən mühüm mirası kimi tanınan Səadət islamçı partiyası hələ də cəsarət və şücaətlə hökuməti və hakim partiyanı xəbərdar edir və sionist rəsmilərin Ankara, İstanbul və Antalyaya səfərini pisləyir.

Səadət Partiyasının rəsmi orqanı “Milli Qəzete” qəzeti birinci səhifənin şəkli və manşetində “Qatil nazir Türkiyədə” başlığı ilə sionist rejimin müharibə nazirinin Türkiyəyə səfərinə etiraz edərək yazıb: “Hər bir ölkə “israil”ə dostluq əli uzatsa, uğursuzluq və etibarsızlıqdan başqa heç nəyə nail olmayacaq və uşaq öldürən “israil” rejimi fələstinlilərə və digər müsəlmanlara qarşı hücumlarını davam etdirəcək.”

Bu qəzet “Yediot Aharonot”-a istinadən xəbər verir ki, sionist rejimin naziri Qants dünənki görüşdə Ərdoğanın yanında bu iki tələbi qaldırıb:

Birincisi, HƏMAS-a təzyiq göstərmək və onların Türkiyədəki bütün fəaliyyətlərinin qarşısını almaq;

İkincisi, Suriya ilə bağlı məsələlərdə Türkiyənin İrana qarşı mövqeyi.

 

Ərdoğan İsraildən kömək istəyib

Amerikadakı lobbi şirkətlərindən kömək almaq üçün bir milyon yarım dollardan çox büdcə xərcləməsi və bir neçə hərbi və siyasi heyətin göndərilməsi Bayden hökumətinin diqqətini və Türkiyə ilə istiləşməyə razılığını hələ də cəlb edə bilmədi.

Ərdoğan hökuməti Amerikaya bir neçə nümayəndə heyəti göndərib və Amerikanın bahalı lobbi şirkəti ilə əməkdaşlığı uzadıb, lakin yenə də işə yaramayıb.

Ərdoğanın Amerika ilə əlaqələrini inkişaf etdirə bilməməsinin ən mühüm faktlarından biri də bu vaxta kimi Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı müqavilənin yekunlaşmamasıdır. Buna görə də Türkiyə prezidenti və hakim partiyasının lideri Baydenlə vasitəçilik etmək üçün sionistlərə  müraciət edib.

Ərdoğan sionist rejimdən Co Bayden hökuməti ilə əlaqələrin inkişaf etdirilməsində ona köməklik göstərməsini istəyib, amma sionistlər Ankara üçün qətiyyən xoş olmayan bir cavab veriblər.

“İsrail”in yüksək səviyyəli təhlükəsizlik mənbəsi Walla News ilə söhbətində sionist rejimin müharibə nazirinin Türkiyəyə səfərinin mühüm hadisə olduğunu bildirib. Çünki bu rejimin müdafiə nazirinin Türkiyəyə sonuncu səfəri 12 il əvvəl olub.

Bu təhlükəsizlik mənbəsi Ərdoğanın İsraildən Ankara-Vaşinqton münasibətlərində vasitəçilik xahişi ilə bağlı deyib: “Biz “israil”in Amerikaya yaxın olduğunu və Vaşinqtonun bəzi qərarlarını dəyişdirmək üçün addımlar ata biləcəyini inkar etmirik. Amma məsələ ondadır ki, biz Türkiyəni Amerikaya yaxınlaşdırmaq üçün ilk növbədə öz maraqlarımızı düşünürük. Açığını deyim ki, bu, “israil”in maraqlarından asılıdır.”

Son bir neçə ildə Türkiyə “Mavi vətən doktrinası” kimi tanınan siyasi-müdafiə sənədi əsasında Aralıq dənizinin şərqində yeni addımlar atmağa çalışıb.

Türkiyə Şərqi Aralıq dənizində aşağıdakı məqsədləri güdür:

Kipr adasında türklərin siyasi mövqeyinin möhkəmlənməsi və Şimali Kipr Türk Cümhuriyyəti adlı strukturun tanınması.

Sərhəd və kontinental şelf mübahisələrində geri çəkilmək üçün Yunanıstana təzyiq göstərmək.

Türkiyənin Şərqi Aralıq dənizində siyasi-təhlükəsizlik və iqtisadi məqsədlərinin əhəmiyyətini dərk edən sionist rejim Yunanıstan və Kiprlə artan və dərin əlaqələr qurub. Türkiyə nöqteyi-nəzərindən “israil”in müharibə nazirinin Yunanıstana səfərinin ləğvi Ankaraya qol ötürmə hesab edilsə də, sionsit rejim mənbələri belə deyiblər: “İsrail Ankara ilə münasibətləri normallaşdırmağa tələsmir və ölçülüb-biçilmiş addımlar atıb. Türkiyə ilə əlaqələrimizdə Yunanıstan və Kiprlə dərin və səmimi münasibətlərimizə xələl gətirəcək heç bir şey yoxdur. Yunanıstan və Kipr başçıları ilə münasibətlərimiz lap əvvəldən amerikalılarla razılaşdırılıb”.

Sonda qeyd etmək lazımdır ki, heç şübhəsiz, sionist rejimin ən mühüm məqsədlərindən biri regionda İran İslam Respublikasına qarşı bəzi məkrli və düşmənçilik məqsədləri güdməkdir. Sionist rejim Türkiyə ilə münasibətlərində bu məsələni izləyir və sionist rəsmilər İrana qarşı mövqe tutmağın Türkiyə və İsrailə ortaq maraqlar gətirəcəyini iddia ediblər. Amma reallıq budur ki, ilk növbədə İran regionda baş verən proseslərə tam nəzarət edir, ikincisi, Türkiyə İranın güc və imkanlarından yaxşı xəbərdardır və bilir ki, Ankaranın bölgədəki maraqlarını qoruyub saxlamaq sabitliyin qorunmasından və İranla münasibətlərin həyati dəyərini dərk etməkdən asılıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button