ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sionist rejimin Bakıdakı səfiri İranla sərhəd Zəngilan rayonunda peyda olub

Səfir əlbəttə irqçi rejimin işğaldan azad olunmuş sərhəd rayonunda əsl niyyətini pərdələməyi unutmayıb. “Bura azərbaycanlılar, israillilər və italyanlar arasında beynəlxalq əməkdaşlıq yeri olacaq. Gələn il bura Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq”- deyə Corc Dik əlavə edib.

Xatırladaq ki, İsrail rejimi yerli medianın imkanlarından faydalanaraq özünü Azərbaycanda reklam etməklə məşğuldur və bu ölkə ilə bahalı silah müqavilələrini Azərbaycana yardım kimi qələmə verməyə çalışır.

Yayılan məlumatlara görə İsrail rejimi kənd təsərrüfatı, rabitə və ağıllı kənd kimi layihələr vasitəsilə İranla sərhəd rayonlarda casusluq şəbəkəsi yaratmaq niyyətindədir. Rejim bu yolla həm də iki dost və qardaş ölkə arasındakı əlaqələri pozmağı hədəfləyib. Diplomatın “heç bir şey olmadığı yerdə hər şey mümkündür” deməsi də bu siyasətin anonsu ola bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button