ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Polad Aslanov tibbi nəzarətə götürüldü

1 saylı koloniyanın rəhbərliyi Polad Aslanovun aclığını protokollaşdırıb.

Bu barədə fevralın 22-də onun xanımı Gülmirə Aslanova bildirib. Bu o, koloniyanın rəisi ilə görüşüb.

“Koloniyanın rəisi Emin Həsənov bildirib ki,  aclıq aksiyasını dayandırması üçün Poladla müntəzəm söhbətlər aparılır, çünki aclıq onun sağlamlığına mənfi təsir göstərir. Lakin Polad razılaşmır. Cümə günü Qırmızı Xaç nümayəndələri Polada baş çəkiblər. Bu gün Penitensiar Xidmətin müalicə müəssisəsinin həkimləri onu müayinə ediblər. Həkim mənə dedi ki, Polad mütləq aclığı dayandırmalıdır, çünki istənilən vaxt komaya düşə bilər, ona görə ki, orqanizmdə qlükoza azalır və o zəifləyir”, – G. Aslanova deyib.

Onun sözlərinə görə, bu gün Polad Aslanovu ayrıca otağa yerləşdiriblər və o, tibbi nəzarət altındadır.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button