AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şimal-qərb sərhədləri; iqtisadi və siyasi inkişaf üçün kontekst

İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sərhəd komitəsinin sədri bildirib: “Ölkənin şimal-qərb sərhədləri qonşu ölkələrlə iqtisadi və siyasi münasibətləri inkişaf etdirmək üçün ən yaxşı və ən əlverişli fürsət və potensialdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Şəhriyar Heydəri Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvlərinin şimal-qərb sərhədlərinə baxış keçirməsi mövzusuna toxunub və İranın bu bölgədəki sərhədlərinin yetərincə təhlükəsizliyə malik olduğunu qeyd edərək deyib: “Bu sərhədlər, xüsusilə də Nurduz bölgəsində tranzit, ixrac və idxal baxımından aktivdir və hər gün 300 yük maşını bu sərhəd vasitəsilə gediş-gəliş edir.”

Heydərinin bildirdiyinə görə, koronavirus vəziyyətində Nurduz sərhədi İran və Ermənistan arasında aktiv sərhədlərdən biri olmuşdur və şübhəsiz, koronavirusdan sonra da bölgədə bizim aktiv sərhədlərimizdən biri olaraq qalacaq.

Heydəri İranın Azərbaycan və Ermənistanla mövcud olan sərhədlərinin bir-birinə qarşı təhdid olmadığını vurğulayaraq deyib: “Transregional ölkələrin və sionist rejiminin Ermənistan-Azərbaycan sərhədlərində hüzuru gərginlik və təfriqə məqsədi güdür. Onlar bölgədə gərginlik, təfriqə yaratmaq ardıncadır. Ona görə də təkid edirik ki, Azərbaycan Respublikası keçmişdən bəri davam edən tarixi fitnəkarlıq və məkirli planlara qarşı ayıq-sayıq olsun.”

Millət vəkili açıqlamasının davamında deyib: “İran və Azərbaycan Respublikası arasında mədəni, iqtisadi və diplomatik əlaqələrin dərinliyi bu bölgədə gərginlik və böhran yaranmasına icazə verməyəcək, ancaq eyni halda İslam Respublikasının təhlükəsizlik, hərbi və kəşfiyyat qüvvələri bölgədə hər hansı təxribata qarşı lazımi hazırlığa malikdir və İslam Respublikasına qarşı yönəlmiş hər bir təxribata cavab verəcək.”

Heydəri açıqlamasının digər hissəsində deyib: “Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri bu baxışda sərhədlərin müxtəlif hissələrini izlədi və sərhəd xəttinin özündə iclaslar keçirdi. Bu iclaslarda verilən təkliflər məsul və səlahiyyətli şəxslərə çatdırılacaq.”

Millət vəkili ölkənin şimal-qərb sərhədlərinin iqtisadi, siyasi və diplomatik münasibətləri genişləndirmək üçün yaxşı fürsətlərə yiyələndiyini və bundan son dərəcədə faydalanmağın zəruriliyini də qeyd edib.

Heydəri deyib: “Keçmişdə İran, Azərbaycan və Ermənistan arasında əlaqə körpüləri mövcud olub. Bu keçmiş əlaqə yollarını bərpa etməklə bölgə əhalisi bir-birləri ilə ünsiyyət qura bilər və sərhədlər həmin bölgələrdəki insanlar üçün yaxşı imkanlar açır, bunun regional, milli və lokal təsirləri olacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button