AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili Qarabağ Azadlıq Təşkilatının fəxri üzvlüyünü qəbul etdi

Ayətullah Seyid Həsən Amilinin Qarabağ Azadlıq Təşkilatının üzvləri və Xocalı faciəsinə həsr olunmuş “İslam Barış Mahnısı” konfransının iştirakçıları ilə görüşündə Qarabağın işğaldan azad edilməsi üçün yeni həll yolları irəli sürülüb və Ərdəbilin imam cüməsi Qarabağın azad edilməsi üzrə səyləri dəstəkləməyə və bu prosesə yardım etməyə hazır olduğunu bildirib.

Qafqaz mədəniyyət mərkəzi- Bu görüşdə Vəli-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi olan Ayətullah Seyid Həsən Amili Qarabağ Azadlıq Təşkilatının bu təşkilata rəsmən üzv olması istəyinə cavab olaraq,  Qarabağ Azadlıq Təşkilatının fəxri üzvü olması ilə razılaşıb.

Ayətullah Amili bu görüşdə deyib: Qarabağ problemini öz problemimiz hesab edirik və bu məsələdən narahatıq. Bu məntəqənin tez bir zamanda azad edilməsi üçün dua edirik. Və İran gəcnləri öz Rəhbərlərinin fətvası ilə Qarabağın azad edilməsində iştiraka hazırdırlar.

O həmçinin deyib: Amerika və Rusiya Qarabağda maraqlara malikdirlər. Bu məntəqənin işğalından çoxlu faydalar əldə edirlər. Buna görə də işğalçı ölkəni dəstəkləyirlər. Qarabağın azad edilməsinin yeganə yolu Azərbaycan xalqının səhnəyə daxil olmasıdır.

Ərdəbilin imam cüməsi daha sonra deyib: İran ötən illər ərzində Qarabağın azad edilməsi yolunda çoxlu səylər göstərib və daim Azərbaycan xalqının kənarında olub. Amma, münaqişənin baş verdiyi ilk illərdə, o vaxtın rəsmiləri tərəfindən atılan düşünülməmiş addımlar problemlərin daha da artmasına səbəb olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button