ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şeyx Sərdar Hacıhəsənlinin həbsdə saxlanma müddəti daha bir dəfə uzadıldı

Maide.Az saytının baş redaktoru, ruhani Sərdar Babayev (Hacıhəsənli) haqqında həbs qətimkan tədbirinin müddəti artırılıb.
Qafqaz.ir bildirir ki, bu barədə Maide.Az-a Şeyx Sərdarın yaxınları məlumat verib.
“Şeyx Sərdarın məhkəməsi 16 sentyabr 2022-ci il tarixdə keçirilib. Məhkəmənin keçirilməsinə dair Şeyx Sərdarın ailə üzvlərinə və yaxınlarına məlumat verilməyib. Biz məhkəmənin gizlin şəkildə və ailəyə məlumat vermədən keçirilməsindən narahatıq,” deyə Şeyx Sərdarın yaxınları bildirib.
Məhkəmənin keçirilməsini gözləyən Şeyx Sərdarın ailə üzvləri və yaxınları məhkəmənin vaxtı ilə bağlı məlumatlandırılmamanın səbəbini vəkildən soruşduqda, vəkil Cavad Cavadov onlara məhkəmənin keçirilmə vaxtının onun özünə belə bildirilmədiyini qeyd edib və bildirib ki, mənim özümə də son anda – “Saat 12-dən sonra burada olarsan!” deyə – məlumat verildi. Bu səbəbdən, sizə məhkəmənin vaxtını deyə bilmədim.
Qeyd edək ki, bu gün keçirilən məhkəmə iclasında Şeyx Sərdarın həbs müddəti daha 6 ay uzadılıb.
Xatırladaq ki, Sərdar Babayev 2021-ci ilin oktyabrın 19-dan həbsdədir.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Ancaq ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir. İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button