ArxivXəbər lentiXəbərlər

15 ölkə Putinə qarşı birləşdi

Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma media sektoruna da keçib.

 Axar.az xəbər verir ki, Avropa Birliyi ölkələri Rusiya televiziyalarına alternativ bir kanal yaratmaq üçün hazırlıqlara başlayıblar. Rus dilində yayımlanacaq kanalın məqsədi Putin hakimiyyətinin media üzərindən apardığı təbliğatın qarşısını almaqdır.

İngiltərə və Polşanın da olduğu 15 Avropa Birliyi ölkəsi layihəyə dəstək verir. Kanalın ən mühüm işlərindən biri isə sakinlərinin əksəriyyəti rus dilində danışan Estoniya və Latviya ilə bağlı olacaq. Məqsəd bu ölkələrdə yeni kanalın izlənməsini təmin etməkdir.

 Putin rəhbərliyinin 2009-cu ildə media üzərində nəzarəti artırmasından sonra ABŞ və Avropa Birliyi rus dilində yayımlanacaq kanalın yaradılmasına dəstək olmuşdular.

 Qeyd edək ki, Putin ötən ilin oktyabrında Rusiyada əcnəbilərin media qurumuna sahib olmasını məhdudlaşdıran qanun da tətbiq etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button