ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Seyid Həsən Nəsrullah: Müqavimətlə Kərbəlanı bir birindən ayırmaq mümkün deyil

Qafqaz.ir xəbər verir ki, Livan Hizbullah hərakatının baş katibi Seyid Həsən Nəsrullah ötən gecə Məhərrəm ayının ilk gecəsi ilə bağlı keçirilən mərasimdə çıxış edərkən deyib: “İslam müqaviməti ilə Kərbəla, Aşura, İmam Hüseyn (əleyhissalam), Həzrət Zeynəb (əleyhəssalam) və onların Kərbəladakı yoldaşları arasında fərq qoymaq mümkün deyil.”

“Əl-Mənar” telekanalının məlumatına görə, o, əlavə edib: “Biz Livanda qırx illik iş, cihad, səbr, fədakarlıq, sabitlik, qələbə və nailiyyətlərdən danışdıqda, qeyd etməliyik ki, bütün bunları İmam Hüseynin (ə) Aşurasından əldə etmişik.”

Hizbullahın baş katibi belə davam edib: “Aşuranı yaşatmaq və onu həyatımızda tətbiq etmək yolumuzun davam etməsinə səbəb oldu… Son qırx ildə, yəni 1982-ci ildən (Hizbullahın qurulduğu il) bu mərasimlərin keçirilməsində çox böyük keyfiyyət və kəmiyyət dəyişikliyinin şahidi olduq. Allahdan bütün bölgələrdəki hər kəsə Allah rizası yolunda bu mərasimləri daha yaxşı və faydalı şəkildə dirçəltməyi nəsib etməsini diləyirəm.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button