AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Seyid Həsən Amili Arazın şimalındakı hərbi təlimləri tənqid etdi: “İran buna biganə qalmamalıdır”

Vəliyyi-Fəqihin Ərdəbil Vilayəti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.

Qafqaz.ir-nin verdiyi məlumata görə, cənab Amili Ərdəbilin dünənki cümə namazı xütbələrində deyib ki, hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur. Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın Yeni Şafak qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb həmin müsahibəyə “İran xəritədən silinəcək” başlığını seçməsi təəssüf doğurur.

İmam cümə qeyd edib ki, bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirmədilər. Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button