ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Seyid Abbas Musəvi nəyə eyham vurub?

İran İslam Respublikasının Azərbaycandakı səfirinin sentyabrın 10-da paylaşdığı foto və ona yazdığı qısa ifadə mediada geniş rezonans doğurub.
Axar.az saytı bu barədə bildirir ki, İranın Azərbaycandakı səfiri sərhəddə gərginliyin yaranması fonunda paylaşım edib. Seyid Abbas Musəvi özünün “X” hesabında “çay fincanında fırtına” başlığı ilə foto paylaşıb.
Bəzi KİV-lər bunu hər şeyin sonu, artıq İranın səbr kasasının daşması kimi qiymətləndirsə də, real mənanın başqa şey olduğu ehtimal edilir. Belə ki, sözü gedən medialar bu günlər öz propaqandalarında İranla Azərbaycan arasında müharibənin an məsələ olduğunu aşılayırlar. Bu kontekstdə diplomat son paylaşımla əlaqələrin normal olduğunu, Tehranın bütün olayları nəzarətdə saxladığını və bədxah qüvvələrin çığallığının çay fincanında yaranan fırtına həddində olduğunu bildirmək istəyib.
Xatırladaq ki, İranın hərbi rəsmisi də ötən gün Bakıda APA-ya müsahibəsində ölkəsinin sərhədə qoşun yığdığını təkzib etmiş, münasibətlərdə ciddi problem olmadığını vurğulamışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button