ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sergey Lavrov: “Qərbin yanaşması Rusiya və İranı qane etmir”

Qafqaz Həqiqətləri xəbər verir ki, Rusiyanın xarici işlər naziri Moskvada iranlı həmkarı ilə keçirdiyi mətbuat konfransında İrana qarşı bütün sanksiyaların ləğvinin zəruriliyinə toxunaraq, Rusiya və İranın Qərbin dünya ölkələrinə münasibətindən narazı olduğuna işarə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya səfər edən iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında iştirak edib.

Bu mətbuat konfransında Lavrov İran tərəfi ilə danışıqları səmərəli adlandırarkən deyib: “Amerikanın malların ötürülməsinə dair sanksiyaları qanunsuzdur”.

O, sözünü belə davam etdirib: “Rusiya və İran dünya ölkələri ilə münasibətdə Qərbin yanaşmasından narazıdırlar”.

Rusiya xarici işlər naziri həmçinin İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin canlandırılmasını müzakirə edib və Moskvanın bu məsələni qəbul etdiyini vurğulayıb.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button