ArxivIslamXəbər lentiXəbərlər

Rohinca genosidi – Dünya hələ susur

Yarım əsr sonra Birmada baş tutan demokratik seçkilərlə insanlarda azacıq ümid yarandı ki, ölkədə baş verən zorakılıq və soyqırım başa çatacaq.
İslaminSesi bildirir ki, əslində bu seçkilərin heç nəyi dəyişmədiyi tezliklə aydın olub. Bu da özünü Rohincadakı müsəlman azlıqlara qarşı daha kəskin biruzə verib. Hətta 9 oktyabrdan etibarən hökumət qüvvələri Rohincada müsəlmanların yaşadığı ərazini mühasirəyə aldılar. 20 kilometrlik ərazini “Əməliyyat zonası “elan etdilər. Heç bir media nümayəndəsi hazırda ora buraxılmır.

Bu ərazidə ordu və hökumət qüvvələri müsəlman azlığa istədiyi zorakılğı tətbiq edir. Rohincada müsəlman azlığa qarşı bu zorakılığı onunla əsaslandırırlar ki, onlar Benqal vətəndaşıdırlar və ölkəyə qanunsuz miqrasiya ediblər.

Hazırda Rohinca müsəlmanları təhsildən və tibbi xidmətdən məhrum vəziyyətdə yaşayırlar. Təxminən 120000 müsəlman ağır şəraitli düşərgələrdə yaşayır. Zorakılıq artdıqca insanların da etirazları bu və ya digər şəkildə özünü büruzə verməyə başlayıb.

Hökumətə qarşı nümayişdə 130, bəzi mənbələrdə isə 420 nəfər öldürülüb. Əhali düşərgələrdən qaçmağa başlayıb. Banqladeş qaçqınları qəbul etməkdən imtina etsə də müsəlmanlar ora qaçmaqdan başqa çıxış yolu tapmırlar. İki ölkəni bölən Naf çayını gecə ilə keçmək istəyən müsəlmanlar isə ya güllələnir ya da ələ keçirilərək ağır işğəncələrə məruz qalırlar.

İllərdi ki, genosidləri araşdıran tədqiqatçılar bu nəticəyə gəliblər ki, insanları kütləvi şəkildə qətl etməkdən əlavə genosidin başqa üsulları da var. İnsanları gettolara məhkum etmək, cəmiyyətdən izolyasiya etmək kimi. İnsan Hüquqları üzrə Təşkilatlar da Rohincadakı bu genosiddən çox narahatdılar.
The world must not look away from Burma’s mistreatment of its Rohingya minority. https://t.co/LkMMeXpJHD pic.twitter.com/EudrWtrCDy
— Foreign Policy (@ForeignPolicy) 30 ноября 2016 г.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button