ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

SEPAH-ın hərbi dəniz qüvvələrinə Şəhid Süleymani döyüş gəmisi əlavə edilib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüş təşkilatına “Şəhid Süleymani” döyüş patrul gəmisi, həmçinin “Şəhid Ruhi” və “Şəhid Dara” raket atıcı yüksək sürətli katerləri əlavə edilib.

 “Şəhid Süleymani” döyüş patrul gəmisi radardan yayına bilən yüksək texnologiyalı bir gövdəyə və çox aşağı radara görünmə sahəsinə malikdir ki, bu da öz dizaynına görə uzaq sularda naviqasiya və müxtəlif əməliyyatlar həyata keçirmək imkanı verir.

Bu gəmi eyni ölçülü gəmilərlə müqayisədə daha yüksək manevr qabiliyyətinə və daha kiçik dönmə radiusuna malikdir ki, bu da müxtəlif hücum və müdafiə taktikalarının həyata keçirilməsində çox vacib hesab edilir. 

Dəniz vertolyotlarını daşıma, endirmə və qaldırma qabiliyyəti, şaquli uçan dronların və hər cür yüksək sürətli hücum qayıqlarının daşınması və üzərkən suya buraxılması və sudan çıxarılması qabiliyyəti, yerli özünümüdafiə sistemlərindən və qabaqcıl və müasir rabitə və telekommunikasiya avadanlıqlarından faydalanmaq Şahid Süleymani döyüş patrul gəmisinin digər xüsusiyyətlərindəndir ki, İranın elit gənclərinin bacarıqlı əlləri ilə layihələndirilmiş və quraşdırılmışdı. 

Şahid Süleymani döyüş patrul gəmisi kəşfiyyat və hədəflərin müəyyən edilməsi və monitorinqi sahəsində, eləcə də suüstü və sualtı və hava hərəkətləri zamanı ən qabaqcıl radar, telekommunikasiya və elektron müharibə aşkarlama sistemləri ilə təchiz edilib.

İran İslam Respublikasının müdafiə doktrinası xalqın əzəmətli müqavimətinə və yerli qabiliyyətlərə əsaslanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button