ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Saxlanılan AXCP üzvləri: ata cərimələnib, oğul həbs edilib

“Günahım doğruları demək, icra başçısını tənqid etməyim olub”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qazax şöbəsinin üzvü, bir gün əvvəl rayon polis şöbəsində saxlanılan Fəzail Əliyev sentyabrın 18-də cərimələnərək buraxılıb, oğlu Fərid Əliyev haqqında isə həbs qərarı çıxarılıb.
Bu barədə Fəzail Əliyev özü məlumat verib.
O bildirib ki, sentyabrın 17-də Qazax rayonunun Xanlıqlar kəndində qızıgildə olarkən ona polisdən zəng gəlib.
Ondan polis şöbəsinə gəlmək tələb olunub:
“Saat təxminən 4-ün yarısı olardı, nəvələrimi aparmışdım. Tələb etdilər ki, gəl, ya da yerini de, biz gəlirik. İmkan vermədilər, dörd nəfər gəldilər, zorla məni maşına mindirib apardılar. Polis şöbəsində üstümə tökülüşüb zorakılıq etdilər. Sonra gedib evdən oğlumu da gətiriblər”.
Gecə Qazax Rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında qaldığını deyən Fəzail Əliyevin sğzlərinə görə, sentyabrın 18-də onu 200 manat cərimələyərək azadlığa buraxıblar.
Oğlunun haqqında isə İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz olaraq narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə protokol tərtib edib, məhkəmə qarşısına çıxarıblar.
Fəzail Əliyev və oğlu Fərid Əliyev. Mənbə: “Facebook”
Meydan TV-nin əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Fərid Əliyevin işinə Qazax Rayon Məhkəməsində hakim Nemət Musayev baxıb.
O, Fərid Əliyev haqqında 30 sutka inzibati həbs qərarı çıxarıb.
Məhkəmə qərarında göstərilib ki, Fərid Əliyev sentyabrın 17-də axşam saat 18.40 radələrində saxlanılıb.
Səbəbi isə budur ki, o, bir neçə gün əvvəl yerdən marixuana tapıb və sentyabrın 13-də ondan istifadə edib:
Mənim oğlum narkotik istifadəçisi idisə, niyə məhz məni aparandan sonra onu da tutdular? Belə saxtakarlıq olar ki, beş gün əvvəl narkotik istifadə edib, ona görə onu həbs edirik? Mənim 68 yaşım var, Qarabağ qazisiyəm. Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirəm. Belə bir adama qarşı zorakılıq göstərmək nə deməkdir? Məni ağrıdan budur ki, ölkəmdə insanlara bu şəkildə zülm eləyirlər, şərləyirlər”.
“Mənim günahım bilirsinizmi nə deməkdir? Doğruları demək… Müsahibəmdə icra başçısını tənqid eləmişəm. Demişəm ki, adi xadimə işi üçün də rüşvət verməlisən, adamın olmalıdır…”, – Fəzail Əliyev bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti siyasi fəallara qarşı təqiblər barədə iddiaları təkzib edib.
Cəzalandırılan şəxslərin konkret qanun pozuntularına yol verdiklərinə görə saxlandıqları bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button