ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdoğan Ermənistanın yeni hökumətinə uğurlar arzuladı

Ermənistanın barışdırıcı bəyanatları fonunda Türkiyə onunla münasibətlərini normallaşdırmağa hazırdır.

RİA Novosti xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

“Mən Ermənistanın yeni hökumətinə uğurlar diləyirəm. Bizim regiona konstruktiv yanaşma lazımdır. Hətta fikir ayrılıqları varsa da, ərazi bütövlüyünə və suverenliyə hörmət əsasında münasibətləri inkişaf etdirmək lazımdır. Ermənistanın yeni hökuməti bu istiqamətdə getməyə hazır olduğunu bildirib, biz də Ermənistanla münasibətləri tədricən normallaşdıra bilərik”, – Ərdoğan avqustun 29-da Sarayevo səfərindən qayıdarkən türk jurnalistlərin suallarına cavab verərkən belə deyib.

“Biz bu tarixi şansı dəyərləndirmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistandan ibarət “beşlər platforması”nın yaradılması gündəlikdə durur. Biz buraya Gürcüstanı da əlavə etməyi təklif edirik. Əgər bu baş verərsə, regionda xeyli daha sakitlik olar”, – deyə Türkiyə Prezidenti bildirib.

Ermənistanın yeni hökumətinin beş illik fəaliyyət proqramında Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səylərin artırılması barədə müddəa var.

Sənəddə bildirilir ki, bu, regionda sabitliyə, təhlükəsizliyə və intisadi inkişafa xidmət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button