ArxivXəbər lentiXəbərlər

Ermənistan prezidenti Qarabağa səfər etdi

Ermənistan prezidenti Armen Sarkisian Qarabağın işğal edilməsinin və qondarma Dağlıq Qarabağ respublikasının öz varlığını elan etməsinin 27-ci ildönümü münasibəti ilə 2 sentyabrda Xan Kəndinə səfər edib.

Armen Sarkisyan Xan Kəndinə olan səfəri zamanı qondarma respublikanın başçısı Bako Sahakyan ilə görüşüb. Görüşdə Sahakyan qondarma respublikanın müstəqilliyinin möhkəmləndirilməsinə təkid edib.

Ermənistan prezidenti Armen Sarkisyanın Qarabağa səfər etməsi və qondarma respublikanın başçısı Bako Sahakyan ilə görüşməsi rəsmi Bakının etirazına səbəb olub.

Ermənistan tərəfinin bu kimi təhrikedici hərəkətləri Bakı və İrəvan arasında gərginliyin daha da artmasına səbəb olur.

Ermənistan rəsmilərinin müxtəlif bəhanələrlə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər etmələri və separatçı rejimin başçıları ilə görşmələri davamlı olaraq rəsmi Bakının ciddi etirazlarına səbəb olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button