İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbə hesab olunan Nurnews portalı Şirazın Şahçerağ ziyarətgahında baş verən son terror aktını törədən terrorçuların Azərbaycan Respublikası pasportuna malik olduqlarını bildirib.
“Şirazda yerləşən Şahçerağ ziyarətgahına hücumü həyata keçirən terrorçulardan bir neçəsi Azərbaycan pasportuna malik olub ancaq İran heç vaxt bu mövzunu terrorçularla Azərbaycan Respublikası dövləti arasında əlaqə faktı kimi qəbul etmək istəməyib. Məhz buna görə də rəsmi Bakının da səfirliyə hücum hadisəsinə münasibətinin böhranı artırmağa deyil, məsələnin həllinə yönəlik olması gözlənilirdi.”,- Nurnews yazır.