ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sabiq XİN rəhbəri: İran sanksiyaların tədrici şəkildə ləğv edilməsini qəbul etməyəcək

“İran sanksiyaların addım-addım ləğv edilməsini qəbul etməyəcək. Bu sanksiyalar bir yerdə aradan qaldırılmalıdır.”

bunu İranın sabiq xarici işlər naziri Mənuçehr Müttəki agentliyə veridiyi müsahibədə deyib.

Cari ayın sonunda nüvə sazişinin bərpası ilə bağlı danışıqların başlamasına və bu istiqamətdə görülən hazırlıqlara münasibət bildirən sabiq diplomat vurğulayıb ki, ölkəsi sanksiyaların tədrici ləğvini qəbul etməyəcək.

“Əgər Qərb sanksiyaları addım-addım ləğv etsə, biz də nüvə sazişində olan məhdudiyyətləri tədrici şəkildə həyata keçirəcəyik”, deyə sabiq İran xarici işlər naziri nüvə sazişindəki danışıqları aparacaq hazırki diplomatlara xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button