ArxivXəbər lentiXəbərlər

Türkiyənin axtardığı terrorçular ABŞ-da televiziyaya çıxıblar

ABŞ Konqresi tərəfindən maliyələşdirilən və Yaxın Şərq ilə Şimali Afrika ölkələrində ərəbcə yayım aparan “Əl Hurra” TV kanalında Fətullahçı Terror Təşkilatı (FETÖ) fərariləri Adəm Yavuz Arslan və Əmrə Uslu Türkiyə əleyhinə təbliğatlara başlayıb.
qafqaz.ir FaktXəbər-in  verdiyi məlumatına görə, “Əl Hurra” TV kanalı onlarla aparılan müsahibələri kısa videolar şəklində sosial şəbəkələrdə də paylaşıb.

صحافي تركي: انتقدت أردوغان فقالوا لي اهرب وإلا قتلوك pic.twitter.com/4aO4RA5z7X

Əl Hura: ABŞ-ın ərəb dilində təbliğat kanalı
Bu kanal ABŞ-ın İraqı işğalından sonra Yaxın Şərq və Şimali Afrikadakı ərəb dilində danışan ölkələrə “Amerikanın baxışını təbliğat etmək məqsədilə” 2004-cü ildə dövrün ABŞ prezidenti Corc Buş tərəfindən yaradılıb. Konqresdən tərəfin maliyələşdirilən “Əl Hurra” böyük büdcəsinə baxmayaraq aşağı tamaşaçı kütləsinə xidmət göstərir və buna görə də Amerika siyasi dairələrində tənqid edilir.
Büdcəsi ABŞ Konqresi tərəfindən təmin olunan Beynəlxalq Yayım İdarəsinin (Broadcasting Board of Governors) nəzarəti altında fəaliyyət göstərən “Əl Hurra”nın mərkəzi ofisi Virciniyadadır və 25 ölkəyə peyk vasitəsi ilə yayımlanır.
Ən bahalı xarici yayım layihəsi
Kanal barəsində Amerika mediasında Qətərin maliyələşdirdiyi “Əl-cəzirə” kanalının ərəb dünyası üzərində təsirini azaltmaq məqsədilə yaradıldığı iddiaları geniş şəkildə təbliğ olunub. Böyük büdcəsinə qarşı az tamaşaçı kütləsinə malik olmasına görə, Konqresdə vaxtaşırı tənqid edilən kanal ABŞ rəhbərliyinin əli ilə yaradılan ən bahalı xarici yayım layihəsi kimi dəyərləndirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button