ArxivXəbərlər

Rusiya haqqında bildiklərimiz və bilmədiklərimiz

Untitled-175777

Rusiya vətəndaşları ildə 3 milyard dollardan çox rüşvət verir
Təkcə Sibirdə son 7 ildə 11 min kənd, 290 kiçik şəhər tamamilə sakinsiz qalıb

Yaşamaq üçün 15 faiz ərazi…
“Biz dünyanın ən böyük ölkəsində yaşayırıq. Onun quru ərazisi 17 milyon kvadrat kilometrdir. Amma çox az adam bilir ki, bu ərazinin 85 faizi sadəcə, yaşayış üçün yararsızdır. Yəni əbədi buzlaqlar, bataqlıqlar, çaylar, göllər, xeyli sahənin mönsümlərdə subasarlıqda olması, xeyli miqyasın dağlıq, dərəlik, səhralıq olması səbəbindən yaşamaq mümkün deyil. Bir sözlə, rusiyalıların normal yaşaması üçün bütün ölkə ərazisinin 15 faizi mümkündür. Bu faiz Sudanın ərazisindən bir az böyük, Qazaxıstandan bir az balacadır. Hə, mənim əzizlərim, real Rusiya budur, ola bilsin ki, bu barədə eşitməmisiniz.
Taxılın illik orta məhsuldarlığı Rusiyanın qeyri-qaratorpaq zonalarında 1 hektara 17 sentnerdir. Almaniyada, Fransada, Britaniyada isə 70, Isveçdə 60, Irlandiyada 85 sentnerdir.

1 milyon dustaq, 1,5 milyon narkoman, 4 milyon xroniki alkoqolik…
Rusiyanın əhalisi təxminən 132 milyon nəfərə yaxındır: 60 faizi qocalar, uşaqlar, əlillərdir. Əhalinin 20 milyonu əmək qabiliyyətlidir. Onlardan 1 milyonu dustaqxanalardadır, 1 milyonu FHM-də, DIN-də, Federal Təhlükəsizlik Xidmətində, MN-də xidmət edir. Qalanlardan 4 milyon xroniki alkoqolikdir, 1,5 milyonu narkomandır. 132 milyonun 20 milyonu Moskva şəhərində və Moskva vilayətində yaşayır, bunların da yalnız 31 faizi rusdur.
Rusiyada minimum əmək haqqı 4330 rubldur, yəni 96 avro, 96 manat. 1 dustağın ciddi rejimli islah müəssisəsində saxlanması üçün dövlət bir aya 6800 rubl xərcləyir. Müqayisə üçün deyək ki, ABŞ-da 3 nəfərlik ailənin ildə 18 000 dollar xərcləməsi yoxsulluq həddi sayılır. Bu da adam başına ayda 500 dollar deməkdir.
Rusiyada 160 nəzarətedici orqan var. Bu orqanlar istənilən vaxt yoxlamaya gələ bilərlər, təbii ki, rüşvət almaq üçün. Yəqin bilmirsiniz ki, Rusiya vətəndaşları ayrı-ayrı məmur ierarxiyalarına il ərzində 3 milyard dollardan çox rüşvət verir.

Rusiya vətəndaşlarının 1,5 faizi milli sərvətlərin 50 faizinə sahibdir
2009-cu ildə Rusiyada iqtisadi cinayətlərdə törədilmiş maddi zərər ən yüksək həddə – 1 trilyon rubla qalxıb. Bu bizim pulnan 22 milyarddan xeyli çoxdur. Həmin ilin 1-ci rübündə Rusiya DIN-in əməkdaşları 18 min cinayət törədiblər. 20 general və admiral cinayət məsuliyyətinə cəlb edilib. Rus ordusunun 1600 zabiti dustaqxanaya göndərilib. Onu da deyək ki, Rusiya Federasiyasının vətəndaşlarının 1,5 faizi milli sərvətlərin 50 faizinə sahibdirlər. Kim bilmir ki: orta statistik rusiyalılar adambaşına il ərzində 18 litr araq içir. Bu da 2,3 milyard litrdən çox spirtli içki deməkdir. Təkcə 2008-ci ildə 50 min adam itkin düşüb.
14 yaşına çatmayan 2 milyon uşaq öz valideynləri tərəfindən döyülür, zorlanır, ailədən qovulur, öldürülür. Hər il 50 min uşaq ailədəki təcavüzdən, o cümlədən cinsi zorlanmalarda canını götürüb qaçır. 26 min körpə 10 yaşına çatanacan ölür. Hər gün 50 körpə ölür, bunların 70 faizi doğum evlərində ölür.
Rusiyada 2 milyondan çox uşaq yetimdir. Son 3 ildə yetkinlik yaşına çatmayanlara münasibətdə seksual xarakterli cinayətlər 25 dəfə çoxalıb. 2007-ci ildə Rusiyada 2,5 min körpə həlak olub. Hər dəqiqə 5 adam olür, 3 körpə doğulur. Doğulanların 33 faizi bic, yəni nikahdan kənar doğulur.
Təkcə Sibirdə son 7 ildə 11 min kənd, 290 kiçik şəhər tamamilə sakinsiz qalmışdır, xarabadır. 186 təhsil müəssisəsinin rəhbərinə 2009-cu ildə cinayət işi açılıb. Ali məktəblərdə alınan rüşvət 520 milyon dollardan çoxdur. Son 24 ildə, Yəni SSRI-nin sərhədləri dağılandan bəri Rusiyadan 40 milyon adam qeydiyyatdan çıxıb gedib. SSRI dağılanda RF əhalisi 148 milyona yaxın idi. MDB-dən gələnlərin hesabına ölkədə iş rejimi bərpa olunur. Bütün sahələr üzrə beləcə məyusedici informasiyalar yazmaq olar”./Yeni Şərq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button