Həzrət Fatiməyi Zəhra (s.ə) Besətin (həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə təyin edilməsi) 5-ci ilində, cəmadiüssani ayının 20-sində Məkkə şəhərində dünyaya göz açmışdı.
18 il həyat sürən Fatimeyi-Zəhra (s.ə.s) əziz atasının yoxluğunun qəminə və çəkdiyi əziyyətlərə dözməyərək, hicrətin 11-inci ilində bəzi rəvayətlərə əsasən cəmadiül-əvvəl ayının 3-də, digər bir rəvayətə görə isə, cəmadiüssani ayının 13-də şəhid olur. Bu iki tarix arasındakı 10 gün Əyyami Fatimiyyə kimi qeyd olunur və əzadarlıq mərasimləri keçirilir.
Həzrət Fatimeyi Zəhranın (s) şəhadətinin ildönümü gecəsində İslami İranda, xüsusən də Həzrət Məsumənin (s.ə) və İmam Rzanın (ə) müqəddəs hərəmlərinə ev sahibliyi edən və dini şəhərlər olan Qum və Məşhəd şəhərlərində matəm əhval-ruhiyyəsi hökm sürür və başdan-başa qaraya bürünüblər.
Səhər Azəri Kanalı xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü münasibəti ilə dünya müsəlmanlarına başsağlığı verir.