AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə sevinir – Ruhani

İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə, Ermənistan və Azərbaycan arasında müharibənin başa çatmasına sevinir.

Qafqaz.ir -in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

H.Ruhaninin sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün plan hazırlayaraq xüsusi nümayəndəsini Rusiya, Azərbaycan və Ermənistana ezam edib. İran atəşkəsin möhkəmlənməsində konstruktiv rola sahib olmağa hazır olduğunu elan edib.

Ruhani əlavə edib ki, İran və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığın inkişaf etdirilməsi üçün iki ölkənin sərhədlərindən istifadə edilməlidir. Hazırkı şəraitdə iki ölkənin əməkdaşlığı üçün daha əlverişli şərait var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button