ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti Azərbaycan qatarının İrana yola salınmasını əhəmiyyətli adlandırıb

Azərbaycan Respublikası prezidenti Astara körpüsü vasitəsi ilə Azərbaycan qatarının İrana yola salınmasını bu ölkənin ötən üç ayda əldə etdiyi uğurlardan adlandırıb.

İRİB-in Bakıdakı ofisinin məlumatına görə, aprelin onunda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev deyib: Bu ilin ilk rübündə nəqliyyat sektorunda müsbət nəticələr əldə olunub və ilk dəfə olaraq Azərbaycan qatarı Astara sərhəd körpüsü vasitəsi ilə İrana yola salınıb.

İlham Əliyev həmçinin Cənub Qaz Dəhlizi layihəsinin dərhal istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib: Proqnoz edirik ki, Bakı-Tiflis-Qars dəmiryolu da bu il istifadəyə veriləcək.

Azərbaycan prezidenti ötən üç ay ərzində Azərbaycana gələn turistlərin sayında 25% artımın olduğunu deyib: Bu müddətdə Asan Viza elektron sistemi vasitəsi ilə 80-dən çox ölkənin vətəndaşlarına viza verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button