ArxivXəbər lentiXəbərlər

Rusiya-Türkiyə-İran XİN başçılarının üçtərəfli görüşü keçirilir

Qafqaz.ir RİA-ya istinadla xəbər verir ki, Moskvada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Türkiyənin XİN başçısı Müvlud Çavuşoğlu Suriya məsələsi üzrə ən yaxşı həll yolunun siyasi yol olduğunu və bugünkü görüşün Suriyanın siyasi gələcəyi üçün həlledici olacağına inandığını bildirib.
“Biz bu formatda ilk dəfə görüşürük, Hələb üzrə əməkdaşlığımız artıq müəyyən nəticələrə nail olmağa imkan vermişdir. Və indi biz bunu Suriyada digər rayonlara yaymaq istəyirik. Biz ölkənin bütün ərazisində atəşkəsə nail olmalıyıq, təbii ki, bu İŞİD və ən-Nusra kimi terror qruplarına aid deyil.” – deyə, Çavuşoğlu qeyd edib.

İranın XİN başçısı Məhəmməd Cavad Zərif həmkarları ilə görüşdə, silahlı qrupların Hələb şəhərindən köçürülməsindən sonra, şəhərin normal həyatla yaşaya biləcəyini qeyd edib. Nazir bundan sonra həm Hələb sakinlərinə, həm də Suriyanın digər bölgələrinə humanitar yardıma fikir cəmləyəcəklərinə nail olacaqlarını və atəşkəs və siyasi dialoq üçün köklənə biləcəklərini bildirib.

Cavad Zərif tərəflərin bu görüşdə irəliləyişə nail ola biləcəklərinə ümidvar olduğunu ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button