IslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sərdar Hicazinin vəfatı münasibətilə Qurban Cəbrayıldan İrana başsağlığ mesajı

Qurban Cəbrayıl, Sərdar Hecazinin vəfatı münasibətilə başsağlığ mesajı Yazdı.

Qafqaz həqiqətlərinin Məlumatina görə, Mesajın eyni mətni təqdim olunur:

Bismillahir Rəhmanir Rəhim
İnna lillahi və inna ileyhi raciun.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı tam səlahiyyətli səfiri, əziz dostumuz Seyid Abbas Musəviyə

Möhtərəm cənab Səfir!

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Hicazinin dünyasını dəyişməsi xəbərini böyük təəssüf və ürək ağrısı ilə qarşıladıq.

Şəhid sərdarın vəfatının məhz İslam İnqilabının qələbəsini aradan aparmaq üçün Qərb irticasının başlatdığı ədalətsiz savaşda qeyri-insani kimyəvi silah tətbiqi zəminində aldığı xəsarətlərdən baş verməsi isə daha böyük hiddət doğurur.

Əziz hərbçinin ötən ay Tehranda Qarabağın azadlığı ilə bağlı keçirilən konfransa qatılması və çıxış etməsi isə bizi çox duyğulandırdı və heç zaman unudulmaz.

Ağır itki ilə əlaqədar dərdinizə şərik olur, Sizlərə – dövlət-hökumət rəhbərliyinizə, SEPAH-ın igid və əzabkeş kollektivinə, şəhidpərvər İran xalqına, mərhumun ailəsinə Azərbaycan mediası adından dərin hüznlə başsağlığı verir, Allah-Təaladan general Məhəmməd Hicaziyə və bütün şəhidlərimizə rəhmət diləyirik.

İnanırıq ki, Uca Tanrının lütfü ilə bu hürr məmləkətdə şəhid Süleymani, Hicazi, Fəxrizadələrin əvəzinə, neçə-neçə Qasimlər, Məhəmmədlər, Möhsünlər doğularaq müqavimət bayrağını daha əzəmətlə dalğalandıracaq, tərəqqi işinə töhfələr verəcəklər!

Dərin hüznlə, Qurban Cəbrayıl
jurnalist, “Qələm” Yazarlar Birliyinin sədri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button