ArxivIslamXəbər lentiXəbərlər

Koronavirusa qarşı ramazan orucu

Ramazan ayının yaxınlaşması ilə əlaqədar olaraq, cəmiyyəti belə bir sual düşündürür: Oruc tutmaq koronairusa yoluxma riskini artırırmı? İranın keçmiş Səhiyyə naziri, əslən azərbaycanlı olan Professor Kamran Baqiri Lənkərani bu haqda görüntülü açıqlama yayaraq bildirmişdir:

“Çoxlu araşdırmalarda sübuta yetirilib ki, oruc tutmaq, yəni obaşdan və iftar yemək, günorta yeməyini isə qida rejimindən çıxarmaq bədənin immun sistemini gücləndirir, iltihabı, xərçəngə və ürək-damar xəstəliklərinə yoluxma riskini azaldır, bir çox xəstəliklərə qarşı mübarizə aparır”.
Qədim insanların gündə üç dəfə deyil, yalnız acanda xörək yediyini bildirən Lənkərani əlavə edib:
“Gündə üç dəfə yemək bir çox problemlərə səbəb olur ki, onlardan biri kökəlmədir. Bu növ kökəlmə və qarın böyüməsi bədən hormonlarının fəaliyyətini pozur, şəkər diabetinə və bəzi xərçəng xəstəliklərinə yoluxma ehtimalını gücləndirir. Oruc tutanda isə insan 10-16 saat ac qalır, bədənin artıq enerji ehtiyatları dövrəyə girir, metabolizm şəkər sərfini və yağlı turşuların istehsalını dayandırır, koenzimdən istifadəyə başlayır və orqanizm təmizlənir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button