ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şəmkirdə Şəhid ailəsi acından ölür, məmurlar isə cah-cəlal içində…

Şəmkirdə acından ölmək həddində olan şəhid ailəsinin dramı hər kəsə insanlıq vəzifələrini xatırlatmalıdır. Xüsusən də məmurlara.

Şəmkir sakini Xasməmmədov Əziz Əjdər oğlu himayəsində 2 azyaşlı övladı gözləri qarşısında acından öldüyü haqda Dünyanınsəsi.Az saytı vasitəsi ölkə başçısı İlham Əlieyvdən imdad diləyir.
Bildirək ki, şəhid ailəsi dəfələrlə işsizliklə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin qəbulunda olsa belə amma onu işlə təmin etməyib. Şəhid ailəsi səsinin media vasitəsilə dövlət başçısına çatmasını istəyir: “Cənab Prezident, hər dəfə çıxışınızda deyirsiz ki, qaziyə iş verin, şəhid ailəsinə iş verin. Nümayəndə göndərin, araşdırın, görün Şəmkirdə sizin tapşırığınızı icra edən varmı? Nümayəndə gəlsin, bircə gün rayonu gəzsin, görsün burda xalq nə gündə yaşayır. Yaşamırıq, son nəfəsimizi veririk. Məmurlar adi süpürşəçiliyə işə düzəlmək üçün 3500 manat pul tələb edirlər.Uşaqlarıma çörəkpulu tapa bilmirəm.Hardan bu qədər pulu tapıb verək ki, bizi işə qəbul etsinlər”.
Əgər regionlarda, eyni zamanda Şəmkir rayonunda infrastruktur layihələrin həyata keçirildiyi bir vaxtda , əhalinin maddi rifahı yaxşılaşmırsa deməli bunun əsas günahkarı icra başçısı Rəşad Tağıyevdir.
qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button